Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir
Ötən il 6 minə yaxın KOB subyekti arasında sorğu keçirilib 17.01.20
Ötən il 6 minə yaxın KOB subyekti arasında sorğu keçirilib



2019-cu ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektləri arasında 15 sorğu keçirilib.

Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən KOB-lar arasında keçirilmiş sorğular elektrik şəbəkəyə qoşulma, məhkəmə sistemi üzrə aparılmış islahatlar, tikintiyə icazələrin verilməsi, şirkətlərdə korporativ idarəetmənin tətbiqi, sahibkarların təlim, peşə və ixtasaslara olan ehtiyacının müəyyənləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar, idxal-ixrac əməliyyatları, özünüməşğulluq istiqamətlərini əhatə edib.

KOB-ların ehtiyaclarının və təkliflərinin öyrənilməsi, qarşılaşdıqları çətinliklərin müəyyən edilməsi məqsədilə təşkil edilən sorğularda 6 minə yaxın KOB subyekti iştirak edib və ümumilikdə 180-dən çox sual cavablandırılıb.

Sorğuların cavabları ümumiləşdirilib, təhlil edilib və hazırda nəticələr üzrə müvafiq tədbirlər görülür.

Powered by Froala Editor