Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOB Model Müəssisə istehsal prosesində sahibkarlara dəstək göstərir KOB inkişafı mərkəzləri biznes sahəsində 300-dən çox təlim keçib Gələn il KOB-ların rəqəmsallaşma və yaşıl keçid üzrə şəbəkələşməsi genişləndiriləcək Azərbaycan sahibkarlarının təqribən 23 faizini qadınlar təşkil edir Qarabağda biznes qurmaq üçün 3500-dən çox yerli sahibkar KOBİA-ya müraciət edib Zəfər Günü münasibətilə Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib Enerji səmərəliliyi ilə əlaqəli enerji istehlak edən qurğu və avadanlıqlara dair texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Yanacaqlar, mayeləşdirilmiş qazlar və qazla işləyən avadanlıqların təhlükəsizliyinə dair bir sıra texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib
Qadın sahibkarlığın inkişafı istiqamətində tədbirlər genişləndiriləcək 06.03.19
Qadın sahibkarlığın inkişafı istiqamətində tədbirlər genişləndiriləcək

Martın 6-da üçüncü “SHE Congress” (“Smart. Happy. Elegant.”) – qadınların liderlik və sahibkarlıq tədbiri keçirilib. "Azərbaycanın 100 işgüzar qadını" cəmiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də dəstək göstərib.

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar. Qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması ölkənin sosial-iqtisadi inkişafı, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir. Ölkə üzrə fərdi sahibkarların təqribən 20%-ni qadınlar təşkil edir. Qadın sahibkarlığın inkişaf etdirilməsi KOBİA-nın əsas fəaliyyət istiqamətlərindəndir və bu sahədə bir sıra tədbirlər həyata keçirilir. Agentliyin yanında fəaliyyət göstərən İctimai Şurada Qadın Sahibkarlığın İnkişafı Assosasiyası aktiv təmsil olunur, Azərbaycan-Almaniya Birgə Proqramı çərçivəsində biznesin idarə edilməsi üzrə Almaniyada ixtisasartırma kursu keçmiş iştirakçıların təxminən 20%-dən çoxu qadın sahibkarlardır. Ölkəmizdə qadın sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən tədbirlərin miqyası və əhatə dairəsi genişləndiriləcək. Qadın sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarlar üçün maarifləndirmə və konsaltinq xidmətləri, kreditləşmə və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu istiqamətdə layihə və proqramların hazırlanması zamanı xüsusilə regionlarımızda qadın məşğulluğu diqqət mərkəzində olacaq, qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdirilərək müvafiq tədbirlər görüləcək. Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorların yaradılması da nəzərdən keçiriləcək. Bütün bunlar isə kiçik və orta sahibkarlar arasında qadınların sayını daha da artıracaqdır.

“SHE Congress” çərçivəsində Ukraynadan olan sahibkar qadınlarla görüş təşkil olunub. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan və Ukraynada qadın sahibkarlığın inkişafı və bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verilib, qadın sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi kimi əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor