Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başladı! 2024-cü ildə KOB-ların 41 layihəsinin maliyyələşdirilməsinə 714 min manat həcmində qrant ayrılıb Şabran sahibkarları ilə müzakirələr aparılıb İnnovativ startapların böyük hədəfləri KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək - Orxan Məmmədovla EKSKLÜZİV MÜSAHİBƏ Qobustan rayonunda sahibkarlarla görüş keçirilib İnsan İnkişafı Forumu keçirilib Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb
Qum-çınqıl istehsalçıları ilə müvafiq dövlət qurumları arasında müzakirələr təşkil edilib 25.06.21
Qum-çınqıl istehsalçıları ilə müvafiq dövlət qurumları arasında müzakirələr təşkil edilib

İyunun 25-də “Qum-çınqıl hasilatı üzrə mövcud çətinliklər, biznes imkanları və perspektivlər” mövzusunda forum keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, KOBİA-nın dəstəyi və Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının tərəfdaşlığı ilə təşkil olunmuş tədbirdə qum və çınqıl istehsalı ilə məşğul olan və bu məhsulların təchizatçıları, sektor üzrə ictimai təşkilatlar və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.


KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun qum və çınqıl istehalı sahəsində mövcud vəziyyətin öyrənilməsi, çətinliklərin müəyyənləşdirilməsi və səmərəli həll yollarının tapılması, eləcə də qum-çınqıl ehtiyatlarından səmərəli istifadə olunması üçün dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, ölkəmizin faydalı qazıntılarla zəngin ehtiyatları, o cümlədən qum-çınqıl mədənçıxarma sənayesi iqtisadiyyat, xüsusilə tikinti sektoru üçün əhəmiyyətlidir. Bu sahə ölkə iqtisadiyyatı üçün nə qədər gəlirli olsa da, prosesin ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirləri ilə uzlaşma çərçivəsində tənzimlənməsi vacibdir. “Daxil olmuş müraciətlər, keçirilmiş sorğu və görüşlər göstərir ki, sektorun inkişafında müəyyən çətinliklər mövcuddur. Qum və çınqıl hasilatı sahəsində qanunsuz sahibkarlıq fəaliyyətinin mövcudluğu haqsız rəqabətə və sektora sərmayə qoyan və leqal fəaliyyət göstərən biznes strukturlarının işinə çətinlik yaradır. Bəzi hallarda müvafiq sahə üzrə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı çətinliklər müşahidə olunur. Qanunvericilikdə nəzərdə tutulmuş qaydalar barədə məlumatsızlıq və maarifləndirmə işlərinin yetərsizliyi bəzən sahibkarlıq subyektləri üçün inzibati hüquq pozuntularına və cərimələrin tətbiqinə gətirib çıxarır”.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov qum-çınqıl və daş istehsalının inkişafı sahəsində görülən işlər, təbii ehtyatların qorunub saxlanması və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər barədə məlumat verib, həyata keçirilən tədbirlərin bu sahədə şəffaflığın təmin edilməsi və fəaliyyətin qanunvericiliyə uyğun təşkilinə hesablandığını vurğulayıb. Bildirilib ki, Agentlik sektorun inkişafı və mövcud çətinliklərin həlli sahəsində sahibkarlarla sıx əməkdaşlıqda maraqlıdır.

Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Niyaməddin İskəndərov çıxışında müvafiq sektorun mövcud vəziyyətinə və inkişaf perspektivlərinə dair məlumat verib.


Forum çərçivəsində sahibkarlar və dövlət qurumlarının nümayəndələri müvafiq sahə ilə bağlı müzakirələr aparıb, sektorun inkişafı barədə təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor