Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Regionlarda qadın sahibkarlığın inkişafının dəstəklənməsi üçün KOBİA və UAFA əməkdaşlıq edəcək 21.12.20
Regionlarda qadın sahibkarlığın inkişafının dəstəklənməsi üçün KOBİA və UAFA əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkəmizdə sosial sahibkarlığın inkişafını təşviq edir, bu sahədə müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirir.

Bu istiqamətdə dekabrın 21-də KOBİA və Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan – UAFA) arasında ölkədə qadın sahibkarlığının inkişafına dəstək istiqamətində əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və UAFA-nın rəhbəri xanım Qven Börçell imzalayıblar.

Niyyət Protokoluna uyğun olaraq, regionlarda qadın sahibkarlığın inkişafı və məşğulluğunun genişləndirilməsinə, onların biznes bacarıqlarının gücləndirilməsi və maarifləndirilməsinə, özəl sektorda inklüziv və keyfiyyətli məktəbəqədər tədris proqramlarının təşkilinə, eləcə də UAFA-nın “Məktəbim” Proqramına dəstək göstərilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi və bu sahədə innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətlərində birgə tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimi çərçivəsində keçirilmiş görüşdə Agentliyin sosial sahibkarlıq sahəsində həyata keçirdiyi tədbirlər və layihələr barədə məlumat verilib, birgə əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb. Agentliyin təsis etdiyi “BİRGƏ” MMC-nin dəstəyi ilə “Qobu park 3” yaşayış kompleksində reallaşdırılmış sosial və biznesyönümlü müəssisələrin, “Bakı Abadlıq Xidməti” MMC ilə birgə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin biznes potensialı diqqətə çatdırılıb, KOBİA-nın bu ərazilərdə sosial biznes təşəbbüslərinin dəstəklənməsində maraqlı olduğu bildirilib.

Powered by Froala Editor