Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Yaşıl nəqliyyat biznesi ilə bağlı ictimai müzakirə təşkil olunub AQEM Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu Biznes Forumu barədə video material Regionlarda sahibkarlıq fəaliyyəti üçün imkanlar: KOB evləri, KOB dostları, KOB inkişaf mərkəzləri “Yerli şirkətlərin tanıtım sərgisi” başlayır İdxal-ixracla məşğul olan sahibkarlarla görüş keçirilib Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu Biznes Forumu keçirilib “2-ci Türk Ticarət Sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə! Azərbaycan və Türkiyənin gənc iş adamları əməkdaşlıq imkanlarını müzakirə ediblər Süni intellektlə gücləndirilmiş innovativ startaplar
Regionlarda qadınlar sahibkarlıq fəaliyyətinə maraq göstərir 20.09.19
Regionlarda qadınlar sahibkarlıq fəaliyyətinə maraq göstərir

Regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan qadınların maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində avqust və sentyabr aylarında Qazax, Ağstafa, Samux və Naftalan rayonlarında gənc potensial qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər təşkil olunub. “Öz biznesinə başla”, “Biznes planın hazırlanması”, “Potensial gənc qadın sahibkarların İKT bacarıqları” mövzularında təşkil olunmuş təlimlərdə kənd turizmi, sənətkarlıq, ictimai-iaşə və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iştirakçı biznes planın, elektron maliyyə hesabatlarının hazırlanması, İKT üzrə bilik və bacarıqlar, sahibkarlıq sahəsində qanunvericilik, biznes üçün dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.

Təlimlər çərçivəsində həmçinin, potensial gənc qadın sahibkarların müxtəlif istehsal müəssisələrinə təcrübə səfərləri təşkil olunub.

Təlimlər zamanı potensial qadın sahibkarlar arasında sorğu da keçirilib. Sorğunun nəticələri göstərir ki, regionlarda qadınların əmək vərdişlərinin inkişaf etdirilməsinə ehtiyac var və bu ehtiyac nəzərə alınaraq belə təlimlər mütəmadi olaraq təşkil ediləcəkdir.

Təlimləri uğurla başa vuran qadınlara sertifikatlar təqdim olunub.

Növbəti mərhələdə potensial qadın sahibkarların məhsullarından ibarət sərgilər keçiriləcəkdir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması istiqamətində KOBİA tərəfindən müxtəlif maarifləndirici tədbirlər və layihələr həyata keçirilir.

Powered by Froala Editor