Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək Milli Qurtuluş Günü ilə bağlı KOBİA-da tədbir keçirilib Sahibkarlar üçün birgə maliyyələşdirmə proqramı
Sahibkarlar üçün müxtəlif sektorlar üzrə daxili bazar araşdırması aparılıb 28.04.21
Sahibkarlar üçün müxtəlif sektorlar üzrə daxili bazar araşdırması aparılıb

Mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yeni məhsul və xidmətlərin yaradılmasına, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılmasına dəstək məqsədi ilə müxtəlif sektorlar üzrə daxili bazar araşdırmaları aparılıb. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə aparılmış daxili bazar araşdırmaları boya, optik eynək, özəl və korporativ geyimlər, daşınar soyuducu anbar və məişət tullantıları konteynerlərinin istehsalı, tekstil fabrikinin, reklam vasitələrinin yaradılması, avtokimya, minik və yük avtomobillərinin yağdəyişməsi kimi sahələri əhatə edir. Bu sahələrdə sahibkarlıq fəaliyyətinə başlamaq və ya müvafiq sektorlarda fəaliyyətlərini daha da genişləndirmək istəyən sahibkarlıq subyektləri müvafiq daxili bazar araşdırmaları ilə KOBİA-nın internet səhifəsindən tanış ola bilərlər – https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi


Sahibkarın müraciəti əsasında aparılmış daxili bazar araşdırmasından fərqli olaraq, Agentliyin təşəbbüsü əsasında aparılan bazar araşdırmalarının nəticələri KOB subyektlərinə ödənişsiz təqdim edilir. 


2021-ci il ərzində Agentliyin təşəbbüsü ilə digər sahələrdə də daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. 


Qeyd edək ki, KOBİA tərəfindən daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya və maliyyə dəstəyi göstərilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir. 

KOB subyektləri ehtiyaclarına uyğun daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını doldurmaqla Agentliyə birbaşa və ya elektron (info@smb.gov.azmüraciət edə bilərlər. 

Powered by Froala Editor