Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir 18.05.21
Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir

Mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün müxtəlif dəstək tədbirləri və güzəştlərlə yanaşı, onların sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin artırılması da dövlət tərəfindən dəstəklənir. Bu məqsədlə KOB subyektləri, startaplar və biznesə başlamaq istəyən şəxslərə müasir çağırışlar nəzərə alınmaqla peşəkar təlimçi-ekspertlər tərəfindən təlim və məsləhət xidmətləri göstərilir. Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində yerləşən KOB inkişaf mərkəzləri (KOBİM) tərəfindən pandemiya şəraitinin tələbləri nəzərə alınmaqla mərkəzlərdə və onlayn formatda biznesyönümlü təlimlər təşkil olunur. Təlimlərdə iştirak ödənişsizdir.  


Sahibkarlıq subyektləri may ayında keçiriləcək təlimlər barədə ətraflı məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi internet səhifəsindən (https://bit.ly/3yekQAW) və ya KOBİM-lərin vahid internet saytından - www.kobim.az əldə edə bilərlər.


Qeyd edək ki, KOB inkişaf mərkəzləri tərəfindən keçirilən təlimlər biznesin planlaşdırılması və inkişafı, marketinq və satış, maliyyə, vergilər, sığorta, insan resurslarının idarə edilməsi, ixrac, sahibkarlıq sahəsində qanunvericilik, peşəkar ünsiyyət bacarıqları və s. kimi istiqamətləri əhatə edir. Təlimlər KOB subyektlərinin ehtiyacları, eləcə də biznes sahəsində müasir çağırışlar və yeniliklər nəzərə alınmaqla planlaşdırılır. KOBİM-lər həmçinin, sahibkarlara fərdi və qrup halında məsləhət xidmətləri göstərir, biznes planın və layihələrin hazırlanması, biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə və maliyyə resurslarına çıxış istiqamətlərində və s. dəstək göstərir. 

Powered by Froala Editor