Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Göyçayda ELAN Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib Yaşıl iqtisadiyyata keçiddə KOB-ların rolu COP29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub KOBİA və “Invest Bulgaria” Agentliyi əməkdaşlıq edəcək
Sahibkarlar üçün “Yevlax KOB evi”ndə göstərilən xidmətlərə dair təqdimat keçirilib 08.04.21
Sahibkarlar üçün “Yevlax KOB evi”ndə göstərilən xidmətlərə dair təqdimat keçirilib

Aprelin 8-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün “Yevlax KOB evi”nə dair təqdimat təşkil olunub.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov mikro, kiçik və orta sahibkarlığın inkişafının, KOB-ların ölkə iqtisadiyyatında rolunun və rəqabətqabiliyyətinin artırılmasının iqtisadiyyatın prioritetlərindən olduğunu vurğulayıb, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılmasının bu sahədə strateji hədəflərin reallaşdırılmasında əhəmiyyətini qeyd edib. Yevlaxda, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibakarları KOB evinin və KOB İnkişaf Mərkəzinin xidmətlərindən aktiv istifadəyə dəvət edən nazir müavini bunun müsbət nəticəsinin fəaliyyətlərində özünü göstərəcəyini bildirib. 

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev KOB evinin Yevlaxda və ətraf rayonlarda sahibkarların işini asanlaşdıracağını, kiçik və orta biznesin inkişafını stimullaşdıracağını qeyd edib.

KOB evi konsepsiyası və “Yevlax KOB evi”ndə sahibkarlara göstəriləcək xidmətlərlə bağlı təqdimatında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, KOB evləri biznes subyektləri üçün operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalara əsaslanan dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərinin göstərildiyi vahid məkandır. “Yevlax KOB evi”ndə sahibkarlara 16 dövlət və özəl qurum tərəfindən 20 xidmət masasında 200-dən artıq xidmət göstəriləcək. Sahibkarlara xidmətlərin operativ göstərilməsi üçün “Yevlax KOB evi”ndə lazımi şərait yaradılıb, o cümlədən biznes subyektlərinin vaxtına qənaət etməsi üçün onlayn növbə, KOB-ların xidmətlərdən məmnunluq səviyyəsini yerində müəyyən etməyə imkan verən sistemlər tətbiq olunub.

Orxan Məmmədov qeyd edib ki, sahibkarlara vahid məkanda xidmət konsepsiyasına uyğun olaraq, Yevlax, eləcə də Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar bilik və bacarıqlarının artırılması üçün “Yevlax KOB evi”ndə yerləşən KOB İnkişaf Mərkəzinin (KOBİM) ödənişsiz xidmətlərindən də yararlana bilərlər. Yevlax KOBİM tərəfindən mikro, kiçik və orta sahibkarlara, startaplara və potensial sahibkarlara təlim və məsləhət xidmətləri, şəbəkələşmə, maliyyə resurslarına çıxış və s. dəstəklər göstərilir.

Sonra KOBİA-nın fəaliyyətinə və KOB evi konsepsiyasına dair filmlər nümayiş olunub.

Powered by Froala Editor