Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Sahibkarlar vahid məkanda xidmətlərdən istifadəyə üstünlük verir 23.07.21
Sahibkarlar vahid məkanda xidmətlərdən istifadəyə üstünlük verir

Bu ilin birinci yarısında Xaçmaz və Yevlax KOB evlərində dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərdən 16300-ə yaxın sahibkar istifadə edib. 


“Xaçmaz KOB evi”ndə müvafiq dövrdə sahibkarlıq subyektlərinə 12990 xidmət göstərilib ki, onların 12605-i dövlət-biznes (G2B), 385-i biznes-biznes (B2B) xidmətləridir. Fəaliyyətə başladığı gündən indiyədək isə “Xaçmaz KOB evi”ndə sahibkarlara 34 mindən çox xidmət göstərilib. 


2021-ci ilin aprel ayından fəaliyyətə başlamış “Yevlax KOB evi”ndə 2671-i “G2B” və 619-u “B2B” xidmətlər olmaqla sahibkarlara ümumilikdə 3290 xidmət göstərilib. 


Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evlərində sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət xidmətləri, eləcə də özəl sektor tərəfindən bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətləri göstərilir. Ümumilikdə Xaçmaz və Yevlax KOB evlərinin hər birində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurumlar tərəfindən 200-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. Sahibkarlara təqdim edilən xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi elektron sistem vasitəsilə monitorinq olunur. 

Powered by Froala Editor