Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb 22.06.21
“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb

İyunun 21-də “Startap” şəhadətnaməsi ilə bağlı müraciətlərə baxılması məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) sahibkarlıq subyektlərindən daxil olmuş aqrar sahə üzrə "ağıllı cihaz", bank-maliyyə, elektron ticarət və logistika sahələri üzrə innovativ həllərə dair müraciətlərə baxılıb.


“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Bu isə startapa gəlirini startap layihələrinin inkişafına yönəltməyə və böyüməyə imkan verir. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışı asanlaşdırır. 


Məlumat üçün bildirək ki, “Startap” şəhadətnaməsi almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya yazılı və ya elektron qaydada müraciət edə bilərlər. “Startap” şəhadətnaməsi almaq üçün Agentliyə daxil olmuş müraciətlər əsasında ayda bir dəfə müxtəlif dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlərdən ibarət Ekspertlər Şurasının iclası keçirilir. KOBİA həmçinin, “Startap” şəhadətnaməsinin alınmasına dair prosedurlar, o cümlədən müvafiq sənədlərin hazırlanması üçün sahibkarlara ödənişsiz məsləhət xidməti göstərir.

Powered by Froala Editor