Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar Sahibkarların Balakəndə qəbulu keçiriləcək Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub 01.07.22
Tibb biznesinə dair ictimai müzakirə təşkil olunub

İyulun 1-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Səhiyyə Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Tibb biznesində perspektiv imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub. 

 

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində keçirilmiş ictimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, tibb sahəsində fəaliyyət göstərən iş adamları və biznes assosiasiyalar iştirak ediblər. 

 

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin tibb biznesi sahəsində KOB-ların fəaliyyətinin, sahənin inkişaf potensialının və çətinliklərin öyrənilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib. 

 

Səhiyyə naziri Teymur Musayev hazırda Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyektinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, özəl tibb müəssisələrinin, özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayının artması sahibkarlıq sahəsinə Prezident İlham Əliyev tərəfindən göstərilən dövlət dəstəyinin nəticəsində mümkün olub. Qeyd olunub ki, tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin standartlarına, keyfiyyətinə nəzarətin təmin edilməsi üçün Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması istiqamətində işlər aparılır. Tibb müəssisələrinin akkreditasiyası sahəsində qaydaların mövcudluğu həm göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcək, həm də əhalinin səhiyyə sistemindən məmnunluğunu artıracaq. Səhiyyə Nazirliyinə müxtəlif özəl qurumlardan, qeyri-hökumət təşkilatlarından, vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən mütəmadi müraciət və təkliflər daxil olur. Həmin müraciətlər təhlil olunur və lazımi addımlar atılır. Aparılan araşdırmalar zamanı özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac olduğu müəyyən edilib. Nazir Teymur Musayev özəl tibb subyektlərini bu kimi platformalarda aktiv iştiraka dəvət edib. 

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev kiçik və orta biznes subyektləri ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirilib ki, Agentlik hər zaman dövlət-özəl sektor tərəfdaşlığında maraqlıdır. Qanunvericiliyin tələblərindən irəli gələrək və eyni zamanda sahibkarlıq subyektlərinə dəstək məqsədilə tibbi sahədə fəaliyyət göstərən kiçik və orta biznes təmsilçiləri ilə sıx əməkdaşlıq edirik. Aralarında həm hüquqi, həm də fiziki şəxslərin olduğu bu subyektlərlə fəaliyyət ilk növbədə şəffaflıq prinsipi əsasında tənzimlənir.

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində fəaliyyət göstərən biznes subyektlərinə dəstək göstərdiyini qeyd edib, müvafiq sahədə yerli istehsalın genişləndirilməsinə və dövlət-özəl tərəfdaşlığının tətbiqinə, özəl tibb fəaliyyəti üçün normativlərin sadələşdirilməsinə, özəl laboratoriyaların yaradılmasının stimullaşdırılmasına, tibb fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin vergi-uçot hesabatlarında şəffaflığın artırılmasına, müalicə-sağlamlıq turizminin təşviqinə, tibb sahəsində fəaliyyət göstərən assosiasiya və birliklərin fəaliyyətində aktivliyinin artırılmasına dair təkliflər səsləndirib. KOBİA sədri sahibkarları Pirallahı Sənaye Parkından və dövlətin digər dəstək və xidmətlərindən daha aktiv istifadə etməyə çağırıb. 

 

Tədbir çərçivəsində Səhiyyə Nazirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Tədbirdə tibb biznesi sahəsində sahibkarların sektorun inkişafına dair təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb.  

Powered by Froala Editor