Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Ukrayna-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib 02.10.24
Ukrayna-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib

İşgüzar Şuranın iclasında biznes sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. 


“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Ukraynanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Ukrayna-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib.


Tədbirdə rəsmi şəxslər, eləcə də ölkəmizdə səfərdə olan Ukrayna iş adamları və yerli sahibkarlar iştirak ediblər. 


İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev və Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, biznes sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər. 


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov ticarət və investisiya sahəsində əlaqələr, ölkəmizdə iş adamlarına göstərilən dəstək, İşgüzar Şura çərçivəsində biznes dairələr arasında əməkdaşlıq perspektivləri barədə məlumat veriblər. 


Tədbir iş adamları arasında B2B görüşlərlə başa çatıb. 

 

Powered by Froala Editor