Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib Yaşıl iqtisadiyyata keçiddə KOB-ların rolu COP29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub KOBİA və “Invest Bulgaria” Agentliyi əməkdaşlıq edəcək COP29 çərçivəsində KOB-ların yaşıl keçidinə dəstək məqsədilə əməkdaşlığa dair sənədlər imzalanıb Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələri "Bakı KOB evi"ndə olublar
Xaçmaz KOB evində sahibkarlara 20 mindən çox xidmət göstərilib 19.01.21
Xaçmaz KOB evində sahibkarlara 20 mindən çox xidmət göstərilib

2020-ci ildə Xaçmaz KOB evində sahibkarlara 20759 xidmət göstərilib. Bu xidmətlərin 95%-ni dövlət-biznes (“G2B”), 5%-ni isə biznes-biznes (“B2B”) xidmətləri təşkil edib. Göstərilmiş xidmətlərdən 4975-i (24%) sənəd qəbulu, 14210-u (68%) hazır sənədin əldə edilməsi və 1574-ü (8%) məlumat xarakterlidir.

“G2B” xidmətlərin 70%-i İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (13752 xidmət), 20,5%-i Dövlət Vergi Xidməti (4034 xidmət), 2,2%-i “Azəriqaz” İstehsalat Birliyi (441 xidmət), 2,1%-i “Azərpoçt” MMC (404 xidmət), 1,4%-i Əmlak Məsələləri Dövlət Xidməti (268 xidmət) tərəfindən göstərilib.

KOB evinə müraciət etmiş sahibkarlar “B2B” xidmətlər üzrə daha çox “Azercell Telekom” MMC, “Rabitə Bank” ASC, “Prior Leasing” ASC, “Kapital Bank” ASC, Azərbaycan Beynəlxalq Bankının xidmətlərindən istifadə ediblər.

Hazırda sahibkarların KOB evinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir. Qeyd edək ki, Xaçmaz KOB evi tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi elektron sistem vasitəsilə, hər bir xidmət üzrə yerindəcə ölçülür.

Pandemiya ilə əlaqədar növbə sıxlığının aradan qaldırılması, vətəndaşlar arasında təmasın minimuma endirilməsi, eləcə də vaxt itkisinin qarşının alınması məqsədilə 2020-ci ildə Xaçmaz KOB evinə müraciət edən sahibkarlar üçün onlayn növbə sisteminin (KOB növbə) tətbiqinə başlanılıb.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Xaçmaz KOB evi 2020-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Burada sahibkarlara İqtisadiyyat Nazirliyi və onun qurumları (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO), Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt" MMC, "Azəriqaz" İB, "Azərsu" ASC, "Azərişıq" ASC və s. tərəfindən 150-yə yaxın “G2B” xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar tərəfindən isə 100-dək zəruri “B2B” xidmətləri göstərilir. Xaçmaz KOB evinin əsas üstünlüyü sahibkarlara xidmətlərin vahid məkanda göstərilməsi, müraciət edən sahibkarların vaxta və xərclərinə qənaət etməsi, xidmətlərin şəffaf və operativ təşkili, xidmət səviyyəsinin ölçüləbilən olmasıdır. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar heç bir quruma getmədən sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətlər üçün Xaçmaz KOB evinə müraciət edə bilərlər.

Yaxın vaxtlarda Yevlax şəhərində də KOB evi fəaliyyətə başlayacaqdır. Bakı şəhərində isə KOB evinin yaradılması istiqamətində müvafiq işlər aparılır.

Powered by Froala Editor