Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarların Balakəndə qəbulu keçiriləcək Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək Sahibkarlar üçün yeni dövr: yerli startaplar biznesi rəqəmsallaşdırır “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir
Xaçmaz KOB İnkişaf Mərkəzində qadın sahibkarlar üçün təlimlər keçirilib 21.10.20
Xaçmaz KOB İnkişaf Mərkəzində qadın sahibkarlar üçün təlimlər keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən qadın sahibkarlar üçün “Gələcəyini planlaşdır” və Sosial Media Marketinq (SMM) mövzularında təlimlər keçirilib. Pandemiya ilə əlaqədar müvafiq qaydalara əməl olunmaqla təşkil edilmiş təlimlərdə 10 nəfərədək qruplar şəklində ümumilikdə 50-yə yaxın qadın sahibkar iştirak edib.

Xaçmaz KOB İnkişaf Mərkəzi və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə əməkdaşlığı çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadın sahibkarlar üçün təşkil edilmiş “Gələcəyini planlaşdır” mövzusunda maliyyə savadlılığı üzrə təlimdə qadın sahibkarlar maliyyə vəsaitinin hərəkəti, gəlir və xərclərin təhlili, maliyyə planlaşdırmasının faydası, yığım metodları və bacarıqları, qənaət vərdişləri, fövqəladə hadisələr üçün xərclər və ehtiyat fondu, kredit üzrə xərclər barədə ətraflı məlumatlandırılıb. Qeyd edək ki, təlim AMFA tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi məqsədilə təşkil olunub.

Sosial Media Marketinq (SMM) mövzusunda keçirilmiş təlimdə isə sosial mediada biznes fəaliyyətini inkişaf etdirmək istəyən qadın sahibkarlar iştirak ediblər. Təlimdə qadın sahibkarlar SMM vasitəsilə istehsal etdikləri məhsul və xidmətləri daha geniş auditoriyaya təqdim etmək üçün müvafiq bilik və bacarıqlara yiyələniblər. İştirakçılar təlim müddətində sosial şəbəkələrdə reklam büdcəsi, 4R prinsipi, cəlbedici paylaşımların hazırlanması, effektiv reklam mətnlərinin yazılması, izləyici sayını artırmağın yolları və müştəri rəyləri ilə işləmək bacarığı barədə ətraflı məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün qeyd edək ki, KOB inkişaf mərkəzlərində, o cümlədən Xaçmaz KOB İnkişaf Mərkəzində təlim, seminar və məsləhət xidmətləri mikro, kiçik və orta sahibkarların müraciətləri və ehtiyacları nəzərə alınmaqla təşkil edilir. KOB inkişaf mərkəzlərində təcrübəli və peşəkar ekspertlər tərəfindən biznesin planlaşdırılması, marketinq, bazar araşdırması, satış, bznes sahəsində qanunvericilik, maliyyənin və insan resurslarının idarə edilməsi və s. istiqamətlər üzrə təlim və seminarlar keçirilir, məsləhət xidmətləri, şəbəkələşmə və digər xidmətlər göstərilir. KOB inkişaf mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Powered by Froala Editor