Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Xızıda KOB dostu fəaliyyətə başlayıb 11.08.22
Xızıda KOB dostu fəaliyyətə başlayıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostları artıq ölkənin 35 şəhər və rayonunu əhatə edir. Avqustun 11-də növbəti KOB dostu Xızı rayonunda fəaliyyətə başlayıb. Bu, Abşeron-Xızı iqtisadi rayonu üzrə sayca 3-cü KOB dostudur. 

KOBİA-nın Abşeron-Xızı iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşü çərçivəsində Xızı rayonu üzrə KOB dostu rayon ictimaiyyətinə təqdim edilib. Görüşdə KOBİA-nın nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyətinin və müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, mikro, kiçik və orta biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərə dair KOB dostuna müraciət edə bilərlər. KOB dostu Xızıda biznesə başlamaq istəyən şəxslərə və sahibkarlara mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. Həmçinin, KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranması, sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcək. Orxan Məmmədov KOB dostu şəbəkəsinin ölkənin əksər şəhər və rayonlarını əhatə etdiyini qeyd edərək sahibkarları KOB dostları ilə fəal əməkdaşlığa dəvət edib.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov rayonda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışaraq, KOB dostunun fəaliyyətinin rayonda kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.

Tədbirdə həmçinin, KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonra tədbir iştirakçıları Xızı rayonu Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

Powered by Froala Editor