Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
“Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub 30.05.23
“Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub

““Yaşıl enerji” və təmiz ətraf mühit: Bizneslər üçün inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə dövlət və özəl qurumların iştirakı ilə alternativ enerji mənbələrinə, ekoloji təmiz texnologiyaların tətbiqinə, tullantıların təkrar emalına, ətraf mühitin sağlamlaşdırılmasına, su ehtiyatlarından səmərəli istifadəyə dair fikir mübadiləsi aparılıb. 

Mayın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə ““Yaşıl enerji” və təmiz ətraf mühit: Bizneslər üçün inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə təşkil olunub.

Tədbirdə müvafiq dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirin moderatoru, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov dünyada və ölkəmizdə bərpa olunan alternativ enerji mənbələrinə keçidin prioritet olduğunu, “yaşıl enerji” və ətraf mühit məsələlərinin, resurslardan səmərəli istifadənin son zamanlar xüsusi aktuallıq kəsb etdiyini, tədbirin bu sahədə biznes potensialının və sahibkarların çətinliklərinin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib. 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında sudan səmərəli istifadə, təkrar emal, bu sahələrdə innovativ texnologiyaların tətbiqi, ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə həyata keçirilən yaşıllaşdırma işləri, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib: ““Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetində qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır. Bu məqsədlə hazırlanmış qanun layihəsi ilə bağlı biznes subyektləri ilə fikir mübadiləsinin aparılması üçün ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur. Yaşıl enerji sahəsində dövlət tərəfindən son zamanlar həyata keçirilmiş layihələr hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə göstəriciləri artıb. Hazırda icrası davam edən layihələr çərçivəsində alternativ mənbələrdən istifadə daha da artacaqdır”. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qeyd edib ki, Azərbaycanın bərpa olunan enerji mənbələrindən geniş istifadə etmək planları ölkəmizin müasirləşdirilməsi strategiyasına tam uyğundur. “Enerji mənbələrinin bu şəkildə şaxələndirilməsi ilə karbon izimizi minimuma endirməklə yanaşı, daha davamlı və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı təcrübələrinə nail olmağımız mümkündür. Bununla yanaşı, Qarabağın sıfır netto emissiya prinsipləri əsasında yenidən qurulması layihəsi və su idarəçiliyində “yaşıl enerji”dən istifadə etməklə Azərbaycan regionun inkişafına liderlik edə bilər. Bizim suvarma üçün günəş və külək enerjisindən istifadə etmək, ənənəvi enerji mənbələrindən asılılığımızı minimallaşdırmaq və ətraf mühitə təsiri azaltmaqda dünyada qabaqcıl olmaq imkanımız var”.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun alternativ enerji və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən sahibkarları dəstəklədiyini bildirib. “KOBİA alternativ enerji sahəsində bir sıra layihələrə qrant ayırıb. Sahibkarlar üçün mütəmadi olaraq “Yaşıl iqtisadiyyatın təşviqi”nə dair təlimlər təşkil edilir, sərgilərdə müvafiq sahədə fəaliyət göstərən sahibkarların məhsul və xidmətlərinin təqdim edilməsi dəstəklənir. Aidiyyəti dövlət qurumları və assosiasiyalar sahibkarlarla birgə ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası istiqamətində təşviq tədbirlərini davam etdirməlidir. Müəssisələrdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadəyə dair birgə tədbirlər görülməlidir. Müasir suvarma, sudan təkrar istifadə və suya qənaət edən “ağıllı texnologiyalar”dan istifadə etməklə səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır”.

 

Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev müvafiq sahədə Agentlik tərəfindən görülən tədbilər və perspektiv planlar barədə fikirlərini bölüşüb. 

Müzakirədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, “yaşıl artım” və “yaşıl iqtisadiyyat” kimi hədəflər Azərbaycan iş adamları qarşısında yeni çağırışlar qoyur və konfederasiyanın üzvü olan şirkətlərin bu sahədə texnoloji inkişafa qoyduqları sərmayələr, təşəbbüskarlıq bizi sevindirir.

Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, sualları cavablandırılıb.


Powered by Froala Editor