Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha iki marketdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların satışı təşkil olunub Qlobal Sahibkarlar Konqresi çərçivəsində KOBİA bir sıra görüşlər keçirib, sənəd imzalayıb Qazax rayonunda sahibkarlarla görüş keçirilib Omanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Təşkilatı ilə görüş keçirilib KOBİA Azərbaycanın startap ekosisteminin uğurlarını Qlobal Sahibkarlar Konqresində paylaşıb Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək Avstraliyanın Viktoriya əyalətinin naziri ilə görüş keçirilib İstanbulda “Dost diasporları ilə güc birliyi” mövzusunda tədbir keçirilib İstanbulda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı ilə görüş keçirilib KOBİA və İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
Zərgərlik sahəsininin inkişafına dair müzakirələr aparılıb 21.05.21
Zərgərlik sahəsininin inkişafına dair müzakirələr aparılıb

Azərbaycanda  zərgərlik sahəsində böyük potensial və zəngin zərgərlik ənənələri mövcuddur. Beynəlxalq təcrübədən geniş istifadə, stimullaşdırıcı tədbirlərin, şəffaf tənzimləmə siyasətinin həyata keçirilməsi, zərgərlik ənənələrinin bərpası bu sahənin qeyri-neft sektorunda rolunu daha da artıracaqdır.


Mayın 21-də “Zərgərlik fəaliyyəti: mövcud vəziyyət və perspektivlər” mövzusunda biznes forum keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, KOBİA-nın dəstəyi və Azərbaycan Zərgərlər Assosiasiyasının tərəfdaşlığı ilə keçirilmiş tədbirdə zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarlar və müvafiq dövlət qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi, “AzerGold” QSC və AZPROMO-nun nümayəndələri iştirak ediblər.


KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov qeyd edib ki, forum zərgərlik sahəsinin inkişafı üçün dövlət-biznes dialoqunun aparılması, zərgərlik bazarının inkişaf etdirilməsi imkanlarının və bazar iştirakçılarının rəqabətədavamlı fəaliyyətinə təsir edən amillərin müzakirə olunması, sahibkarların təkliflərinin aidiyyəti qurumlara çatdırılması məqsədilə təşkil olunub.


Forumdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov zərgərlik sektorunda həyata keçirilən tədbirlər barədə məlumat verərək, bu sahədə cari ilin əvvəlindən tətbiq olunan vergi güzəştlərini, zərgərlik sənayesində islahatların aparılması üçün təkliflərin hazırlanması üzrə işçi qrupunun və dövlət dəstəyi ilə zərgərlər assosiasiyasının yaradıldığını vurğulayıb. Qeyd edilib ki, forum zərgərlik sahəsində aparılan islahatlar barədə sahibkarlarda dolğun təsəvvürün yaranmasında, sektorda baş verən dəyişikliklərin effektivliyinin qiymətləndirilməsində əhəmiyyətli olacaqdır.


“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov rəhbərlik etdiyi qurumun yerli sənayenin vacib sahələrindən olan zərgərliyin inkişaf etdirilməsi ilə bağlı layihələrdə fəal iştirakını qeyd edərək, Səhmdar Cəmiyyətin zərgərlik sənayesinin inkişafına yönələn təşəbbüsləri və mövcud problemlərin aradan qaldırılmasına dair təkliflərini bölüşüb. Aparılan islahatların zərgərlik sahəsində nəzərəçarpacaq inkişafa səbəb olacağını qeyd edən Zakir İbrahimov “AzerGold”un dövlət şirkəti olaraq qiymətli metalların xammal tədarükçüsü kimi də zərgərlik sənayesinin inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva cari ilin əvvəlində Vergi Məcəlləsinə zərgərlik fəaliyyəti ilə bağlı edilmiş dəyişikliklər və vergi güzəştləri barədə təqdimatla çıxış edib.


Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev çıxışında zərgərlik sənayesinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə məlumat verib.


Tədbir çərçivəsində Azərbaycanda zərgərlik fəaliyyəti, yerli zərgərlik məhsullarının istehsalı, sahibkarların çətinlikləri və sektorla bağlı gözləntilərə dair müzakirələr aparılıb, sahənin inkişafı barədə təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.


Forum pandemiya şəraitinın qaydalarına uyğun olaraq təşkil edilib.

Powered by Froala Editor