Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq sahibkarlar istənilən KOB evinin xidmətindən yararlana bilərmi? KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub "İslam bankçılığı və maliyyəsi" təlimi keçirilib Ekoloji, sosial və korporativ idarəetmə prinsipləri ilə bağlı məcmuə hazırlanıb İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi “Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib KOB-lar və startaplar üçün investisiya cəlbi ilə bağlı vörkşop keçiriləcək Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər “Startap” şəhadətnaməsinin dublikatını almaq olurmu? KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
KOB inkişaf mərkəzləri


Mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir.

Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturunda KOB inkişaf mərkəzləri (KOBİM) fəaliyyət göstərir.

KOB inkişaf mərkəzlərində aşağıdakı istiqamətlər üzrə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlim və seminarlar keçirilir, fərdi və qrup halında məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər barədə məlumatlandırılmasına və s. dəstək təmin olunur:

- Biznesin planlaşdırılması

- Biznesin inkişaf etdirilməsi

- Marketinq

- Satış

- Biznes sahəsində qanunvericilik

- Maliyyənin idarə olunması

- İnsan resurslarının idarə edilməsi və s.

Mərkəzlərdə həmçinin, innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək göstərilir, qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlər həyata keçirilir.

KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.

ƏTRAFLI: WWW.KOBIM.AZ

Powered by Froala Editor