Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Еще 3 субъекта МСБ получили сертификаты «Стартап» Организовано общественное обсуждение бизнеса зеленого транспорта Возможности для предпринимательской деятельности в регионах: дома МСБ, друзья МСБ, центры развития МСБ Начинается «Выставка продвижения отечественных компаний» Состоялась встреча с предпринимателями, занимающимися импортом и экспортом В Баку состоялось 8-е пленарное заседание Бизнес-совета СВМДА и 10-й Бизнес-Форум Вниманию субъектов МСБ, желающих представить свою продукцию и услуги на 2-й Турецкой торговой выставке! Молодые бизнесмены Азербайджана и Турции обсудили возможности сотрудничества Около 10 предпринимателей с государственной поддержкой были на выставках «Caspian Agro» и «InterFood Azerbaijan» Проведен очередной тренинг для предпринимателей, занимающихся экспортом
KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb 24.01.25
KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb

Səfər çərçivəsində KOBİA nümayəndələrinìn keçirdiyi görüşlərdə iki ölkə arasında biznes tərəfdaşlığın genişləndirilməsi və ticarət perspektivləri müzakirə olunub.

Yanvarın 21-də Almaniya Federativ Respublikasının Münhen şəhərində ölkəmizin Almaniyadakı Səfirliyinin və Almaniyanın Şərqi Biznes Assosiasiyasının təşkilatçılığı ilə “Yeni üfüqlərin tədqiqi: Alman şirkətləri üçün Azərbaycanda investisiya və əməkdaşlıq” mövzusunda Alman– Azərbaycan İqtisadi Forumu keçirilib. Tədbirin “Əməkdaşlığın təşviqi: Alman-Azərbaycan biznes tərəfdaşlıqları üçün stimullar” mövzusunda panelində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin–AZPROMO-nun rəhbərləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin səlahiyyətli şəxsləri iştirak ediblər. Forumdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iki ölkənin biznes dairələri arasında birgə əməkdaşlığın genişləndirilməsi, KOB-ların rəqəmsallaşdırılması və “yaşıl transformasiya” sahəsində təcrübə mübadiləsi, həmçinin Almaniyanın KOB-lara dəstək mexanizmlərinin öyrənilməsi və tətbiq olunmasının əhəmiyyətli olacağını qeyd edib. 

Yanvarın 23-də Maynz şəhərində keçirilmiş “Azərbaycan: Gələcəyin Qovşağı - Alman şirkətləri üçün strateji imkanlar” mövzusunda tədbirin “Azərbaycan regionda strateji qovşaq rolunda” adlı panelində çıxış edən  KOBİA sədri ölkəmizdə kiçik və orta sahibkarlıq sektorunun gücləndirilməsi üçün dövlətimizin apardığı islahatlar, bunun iqtisadiyyat üçün müsbət töhfələri, eləcə də KOBİA-nın bu sahədə tətbiq etdiyi alətlər və uğurla fəaliyyət göstərən müvafiq infrastruktur barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Səfər çərçivəsində KOBİA nümayəndələri Almaniyanın Rheinhessen əyalətinin Sənaye və Ticarət Palatasının Baş icraçı direktoru Karina Svede ilə görüşüblər. Görüşdə biznes strukturları arasında birgə layihələrin həyata keçirilməsi, sektoral işgüzar səfərlərin təşkili və digər əməkdaşlıq imkanları nəzərdən keçirilib.  

Powered by Froala Editor