Please ensure Javascript is enabled for purposes of website accessibility
Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Состоялась конференция по презентации единой платформы и национального стандарта по ESG Принят национальный стандарт по экологическому, социальному и корпоративному управлению Выставка-Ярмарка «KOB FEST» в Хачмазе Бизнес-план – залог успешного и устойчивого бизнеса Проведён конкурс стартапов «От нас бизнесу» Состоялась встреча с предпринимателями Джалилабада и Гёйчая В этом году оказана поддержка предпринимателям и желающим начать бизнес, для которых было составлено 220 бизнес-планов В Губе прошла встреча с предпринимателями В Хачмазе проходит выставка-ярмарка «KOB FEST» Каким должен быть экологически чистый бизнес?
Orxan Məmmədov: “Yaxın günlərdə “Startap” şəhadətnaməsinin verilməsinə başlanacaq” 19.04.21
Orxan Məmmədov: “Yaxın günlərdə “Startap” şəhadətnaməsinin verilməsinə başlanacaq”

“Startap” şəhadətnaməsi ilə bağlı yenilik gözlənilir. Yaxın günlərdə mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnaməsinin verilməsinə başlanılacaq”.

“Report” xəbər verir ki, bunu ATV telekanalının "İqtisadi zona" verilişinin qonağı olan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. O.Məmmədov əlavə edib ki, bu şəhadətnamələri alan startaplar 3 il vergidən azad ediləcək: “Startap” şəhadətnaməsi KOB subyektlərini Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət vergisindən və gəlir vergisindən 3 il müddətinə azad edəcək. Yaxın aylarda KOB subyektlərinin satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılması üçün onlayn satış platformasının istifadəyə verilməsi planlaşdırılır”.

KOBİA rəsmisi kiçik və orta biznes sahəsindəki başqa yeniliklərdən də məlumat verib: “Digər bir yenilik onlayn təlim platforması ilə bağlıdır. 2021-ci ildə KOB subyektlərinin təlim və tədris imkanlarının artırılması, biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üçün onlayn videotəlim platfoması istifadəyə veriləcək. Müasir təşkilati iqtisadi model olan klasterləşmə sahəsində də KOB-lara institusional dəstəyin göstərilməsi nəzərdə tutulur. KOBİA tərəfindən KOB klaster şirkətinə və KOB klaster iştirakçılarına şəhadətnamə veriləcək ki, bu onları bir sıra vergilərdən azad edəcək".

Xatırladaq ki, “Startap” şəhadətnaməsi əldə edən hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.31-ci və ya 106.1.23-cü maddəsində nəzərdə tutulan azadolmadan istifadə hüququ qazanır və “Startap” şəhadətnaməsi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər gəlir vergisindən – 3 il müddətinə azad edilirlər.

https://report.az/biznes-xeberleri/orxan-memmedov-yaxin-gunlerde-startap-sehadetnamesinin-verilmesine-baslanacaq/

Powered by Froala Editor