![İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı KOB evi modelini qabaqcıl innovativ təcrübə kimi təqdim edib](https://smb.gov.az/storage/12425/tab.png)
Sahibkarlara xidmət sahəsində Azərbaycanın nümunəvi modeli kimi KOB evləri barədə qurumun saytında məlumat paylaşılıb.
Azərbaycanın KOB evi modeli beynəlxalq səviyyədə uğur əldə edib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə ekspertlər tərəfindən KOB evləri qabaqcıl innovativ təcrübələrdən biri kimi qiymətləndirilib və Azərbaycanın nümunəvi modeli kimi qurumun saytında paylaşılıb (https://oecd-opsi.org/innovations/single-support-service-model-for-smes-sme-house/).
Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin saytında 2003-cü ildən ideyaların və yeniliklərin paylaşıldığı bölmə fəaliyyət göstərir. Burada dünyanın 90-a yaxın ölkəsində mövcud olan innovasiyalar barədə məlumatlar qeyd olunur ki, onların arasında Kiçik və Orta Biznesi İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evləri də yer alır.
Powered by Froala Editor
![İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı KOB evi modelini qabaqcıl innovativ təcrübə kimi təqdim edib](https://smb.gov.az/images/sorgu.png)