Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startapçı Azərbaycanda ilk dəfə “ağıllı mətbəx” yaradıb 5-ci qrant müsabiqəsinə sənəd qəbulu davam edir 184 kommersiya mübahisəsi “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanında müsbət həll olunub “KOB-ların inkişafı - sahibkarlıq təlimləri” keçirilib “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçiriləcək Klasterləşmə ilə bağlı onlayn görüş keçirilib "AIM Congress" çərçivəsində baş tutan milli tura qeydiyyat başladı! İtaliya şirkəti ilə görüş keçirilib “Gənc startap” sahibkarlıq təlimləri başa çatdı Ucarda sahibkarlarla görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb
"Startap" şəhadətnaməsi

“Startap” şəhadətnaməsi almaq üçün mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.


“Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.


Müraciətlər Agentliyə yazılı formada (Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron qaydada (info@smb.gov.aztəqdim edilməlidir. Müraciət etmək üçün müvafiq ərizə forması və lazım olan digər sənədlər bu bölmədə yerləşdirilib. 


Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən “Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və ya kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən orta və ya iri sahibkarlıq subyektinin təsisisçisi olarsa, həmin təsisçinin hüquqi şəxsdə payı 49%-dən çox olmamalıdır.


“Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsalı üçün təqdim edilir.


“Startap” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya daxil olmuş ərizə həmin gün qeydiyyata alınır. Ərizəyə və ona əlavə edilmiş sənədlərə Agentlikdə ümumilikdə 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasının rəyi əsasında Agentlik “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 

Powered by Froala Editor

Ərizəni yüklə


3.2. Ərizəyə aşağıdakı sənədlər (məlumatlar) əlavə olunur:

3.2.1. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, fiziki şəxs olan ərizəçinin isə əlavə olaraq şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;

3.2.2. “Startap” şəhadətnaməsinin alınması üçün tərtib edilən layihənin (bundan sonra – layihə) adını, ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat;

3.2.3. məhsulun sənaye nümunəsi və ya dizaynı;

3.2.4. aşağıdakı məlumatlardan ibarət biznes-plan:

1. məhsulun (xidmətin) bazarda payı ilə bağlı bazar araşdırması və marketinq planı, onun bazar potensialı;

2. məhsulun ixrac və ya idxalı əvəzetmə potensialı (əsaslandırma ilə);

3. məhsulun (xidmətin) unikallığı və rəqabətqabiliyyətliliyi (əsaslandırma ilə);

4. investisiya planı;

3.2.5. əmək resursları haqqında aşağıdakı məlumatlar:

1. olduğu halda – idarəetmə orqanlarının üzvlərinin fəaliyyət təcrübəsi və (və ya) təhsilləri haqqında;

2. olduğu halda – məhsulun (xidmətin) hazırlanması, bazara yerləşdirilməsi və sonrakı inkişafını təmin edəcək işçiləri haqqında;

3. olduğu halda – məsləhətçiləri haqqında;

4. olduğu halda – səhmdarları (payçıları) və (və ya) investorları haqqında;

3.2.6. olduğu halda – startapa cəlb olunan qrant, investisiya və ya kredit barədə məlumatlar;

3.2.7. olduğu halda – startap məhsuluna dair patent və ya patent almaq üçün iddia sənədi;

3.2.8. olduğu halda – texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi.

 

Qeyd: “Startap” şəhadətnaməsini almaq üçün ərizəçi müvafiq ərizə və digər sənədlərlə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) və ya elektron qaydada (info@smb.gov.az) müraciət etməlidir. 

Powered by Froala Editor

Ekspertlər Şurasının sədri:

-Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri;


Ekspertlər Şurasının üzvləri:

- Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti;

- Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi;

- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi;

- Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi; 

- Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi;

- Azərbaycan Milli Elmlər Akademiyası;

- Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası;

- “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi; 

- “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi.

Powered by Froala Editor


 

S/SSahibkarlıq subyektinin adıLayihə adıLayihənin mahiyyətiVerilmə tarixi  
1.“Bonpini” MMCBonpiniFərdi və kommersiya obyektlərinin icarədarları və icarəçələri üçün onlayn vasitəçi xidməti (www.bonpini.az)31 May 2021-ci il
2.“Cyber Security Lab” MMCÇak-çukFərdi və professional işçilər (işəgötürənlər) üçün onlayn vasitəçi xidməti (www.cakcuk.az)31 May 2021-ci il
3.“Dr.Agro” MMCDr.AgroKənd təsərrüfatı və aqrar biznes üçün onlayn məsləhət xidmətləri (www.dragro.az)31 May 2021-ci il
4."Alqoritmik kredit texnologiyaları" MMCPulappKiçik biznes kreditlərinin verilməsi üzrə vasitəçi xidməti (www.pulapp.com)06 İyul 2021-ci il
5."Delivery Azerbaijan" MMC189 DeliveryKuryer işinin təşkilində onlayn vasitəçi xidməti (www.189delivery.az)06 İyul 2021-ci il
6.Fərdi sahibkar Nəzər AllahverdiyevEbidAuksiyon prinsipi əsasında elektron ticarət platformasının işinin təşkili 06 İyul 2021-ci il
7."Əmir Texniki Xidmətlər” MMCBal arılarının gənələrdən təmizlənməsi üçün qurğu hazırlnaması layihəsiBal arılarını gənələrdən təmizlənməsi üzrə qurğunun istehsalı06 İyul 2021-ci il
8."Kibrit.Tech" MMCOrangelineÇağrı mərkəzlərinin idarə edilməsi üçün proqram təminatı06 avqust 2021-ci il
9.“Profam” MMCinsure.azSığorta xidmətlərinin göstərilməsinin onlayn platforma vasitəsilə təşkili (www.insure.az)06 avqust 2021-ci il
10."Unibroad" MMCUnibroadXaricdə təhsil almaq istəyənlər üçün onlayn vasitəçi xidməti (www.unibroad.co)06 avqust 2021-ci il
11."VATT" MMCPowerbank rentalTelefonlar üçün güc banklarının mobil tətbiq vasitəsi ilə icarəyə verilməsi9 sentyabr 2021-ci il
12.Fərdi sahibkar Təbriz ZeynalovCagir.azMəişət xidmətlərinin alqı-satqısı üçün onlayn platforma (www.cagir.az)9 sentyabr 2021-ci il
13."ALT SERVİCE" MMCAğıllı şəbəkə cihazıFasiləsiz elektrik enerjisi üçün şəbəkə cihazının (çoxkanallı kommutator) istehsalı və satışı9 sentyabr 2021-ci il
14."TECHFİN" MMCHesabat.azBulud tipli onalyn mühasibatlıq proqramı (www.hesabat.az)9 sentyabr 2021-ci il
15.Fərdi sahibkar Orxan CəfərovTokhum  agroAqrar sektor üzrə onlayn məsləhət xidməti patforması11 oktyabr 2021-ci il
16."Global İnnovations" MMCEpoint.azOnlayn ödəniş aqreqatoru və elektron ticarət platforması (www.epoint.az)11 oktyabr 2021-ci il
17."Supply Chain Community" MMCSupply chain communityTəchizatçılar və tədarükçülər üçün onlayn platforma11 oktyabr 2021-ci il
18."VVHELP" MMCWhelpBiznes subyektləri üçün onlayn müştəri dəstəyi üçün proqram təminatı11 oktyabr 2021-ci il
19.Fərdi sahibkar Namik HacıyevBrain prizeÖdənişli və mükafat fonduna malik onlayn bilik yarışması 11 oktyabr 2021-ci il
20."PAYRİFF" Qapalı Səhmdar Cəmiyyətipayriff.comOnlayn ödəniş aqreqatoru (www.payriff.com)16 noyabr 2021-ci il
21."CUSPERCO" MMCazdo.azSifarişçi və icraçılar üçün onlayn platforma (www.azdo.az)16 noyabr 2021-ci il
22."Buta Vending" MMCbutavending.azHazır qidaların satışı üçün (sneklər) avtomatlaşdırılmış köşklərin istehsalı (www.butavending.az)16 noyabr 2021-ci il
23."Oxuyan" MMCoxuyan.azOnlayn imtahanların təşkili üzrə platforma (www.oxuyan.az)16 noyabr 2021-ci il
24.Fərdi sahibkar Əliağa Ağayevmedsoft.az Səhiyyə müəssisələrində elektron idarəetmənin təşkili üçün proqram təminatı (www.medsoft.az)16 noyabr 2021-ci il
25.Fərdi sahibkar Fərid Fərmanovbein.az Biznes subyektlərində elektron idarəetmənin təşkili üçün bulud tipli proqram təminatı (www.bein.az)16 noyabr 2021-ci il
26."SAFAVY" MMCsafavy.orgOnlayn özünüinkişaf və təhsil platforması (www.safavy.org)8 dekabr 2021-ci il
27."FOGİTO" MMCfogito.comBiznesin idarə edilməsi üzrə onlayn platforma (www.fogito.com)8 dekabr 2021-ci il
28.Maestro Company Limited MMC
izzidone.com
Məişət xidmətləri üçün web platforma (www.izzidone.com)
12 yanvar 2022-ci il
29.Documood MMC
documood.az
Müqavilələrin onlayn bağlanması üçün veb platforma (www.documood.az)
12 yanvar 2022-ci il
30.Smor MMC
smor.azAvtomobil ehtiyyat hissələri üçün marketpleys (www.smor.az)
12 yanvar 2022-ci il
31.Pickpoint MMC
www.poste.az
Bağlamaların çatdırılması prosesininin innovativ həll yolu ilə avtomatlaşdırılması (www.poste.az)
12 yanvar 2022-ci il
32.Pay2Play MMC
pay2play.azRəqəmsal məhsullar (oyunlar) üçün marketpleys (www.pay2play.az)
12 yanvar 2022-ci il
33."Push 30" MMC
www.push30.azİdman zallarının xidmətlərinin satışı üzrə vasitəçilik edən onlayn platforma 
3 mart 2022-ci il
34."G-khan" MMC
www.11delivery.comMüstəqil kuryerlər və sifarişçilər arasında vasitəçi xidməti 
3 mart 2022-ci il
35.“Clickusta” MMC
www.clickusta.azMobil telefon təmiri xidmətlərinin onlayn təşkili ilə bağlı vasitəçi xidməti 
3 mart 2022-ci il
36.“Otobaza Azerbaijan”
www.otobaza.com
Avtomobil ehtiyat hissələri üçün marketpleys 
3 mart 2022-ci il
37."Sakuraz Green Energy" MMCLitium-ion akkumulyatorlarının bərpası” layihəsi
Litium-ion akkumulyatorlarının toplanması və bərpası işinin təşkili14 aprel 2022-ci il
38."Smart Logistics 2021" MMC"Smart Logistics" layihəsiYük avtomaşınlarının sifarişi üçün mobil tətbiq14 aprel 2022-ci il
39."Setup" MMC"Twelfy" layihəsiUduşlu bilik yarışmasının təşkili (veb və mobil tətbiq vasitəsilə)14 aprel 2022-ci il
40."E-legal" MMC"E-legal" layihəsiHüquq məsləhət xidmətlərinin onlayn təşkili17 may 2022-ci il
41."Psixosən" MMC"PsixoSən" layihəsiPsixoloq xidmətlərin onlayn təşkili üzrə vasitəçilik xidməti17 may 2022-ci il
42.Fərdi sahibkar İbrahimli Cavad"Kəndi-gətir" layihəsiKənd təsərrüfatı məhsullarının onlayn satış platforması17 may 2022-ci il
43."Plast" MMC"Plast" mobil tətbiqi layihəsiTibb xidmətlərinin mobil tətbiq üzərindən təşkili
23 iyun 2022-ci il
44."Glorri" MMC
"Glorri"
İşə qəbul prosesinin optimallaşdırılması üzrə onlayn platforma (proqram təminatı)    
27 iyul 2022-ci il
45."Dronee Aero" MMC
"Simurq F by Dronee Aero"
Müxtəlif mülki dronların istehsalı və satışı
27 iyul 2022-ci il
46."Eduaz co."  MMC
"Eduaz"
Tələbə, təlimçi və korperativ şirkətlər üçün təhsil platforması
27 iyul 2022-ci il
47."Alimok" MMC
"Alimok"
Uşaqların şəxsi inkişaf və zehni biliklərini inkişaf etdirmək üçün təhsil platforması
27 iyul 2022-ci il
48."Mie Azerbaijan" MMC
"MIE Azerbaijan"  
CLD tədris texnologiyası əsasında təlim tədris xidmətləri
27 iyul 2022-ci il
49."Vvaverıty" MMC

"Waverity"
Neft və qaz sektorunda geoloji dataların vizualizasiyası və təhlili üçün proqram təminatı
27 iyul 2022-ci il
50."Softpress" MMC
"Bahshish.me" layihəsi
Nağdsız bəxşiş ödəmə sistemi
7 sentyabr 2022-ci il
51."Clopos" MMC
"Clopos"  layihəsi
Restoran və kafelər üçün POS proqram təminatı
7 sentyabr 2022-ci il
52."E-Sayar" Qapalı Səhmdar Cəmiyyəti
“E-sayar” layihəsi
Onlayn mühasibat uçotu proqramı
7 sentyabr 2022-ci il
53."Travel Qrup" MMC
“Vizam.az” layihəsi
Onlayn səyahət, işgüzar səfər və təhsil vizası xidmətləri göstərən elektron platforma
7 sentyabr 2022-ci il
54."YER xSP" MMC
"Yer cloud" layihəsi
Bulud xidmətlərin təşkili
7 sentyabr 2022-ci il
55."Satelyzer" MMC
"Satelyzer" layihəsi
Kənd təsərrüfatı üçün peyk data xidmətləri
7 sentyabr 2022-ci il
56.Məmmədov İlqar Oktay oğlu
“Azplagio” layihəsi
Azərbaycan dilində plagiarizmi təyin edə bilən onlayn platforma
7 sentyabr 2022-ci il
57.Qaraxani Nəriman Piruz Oğlu
“Taskilled” layihəsi
Praktik tapşırıq əsaslı onlayn təhsil və təcrübə platforması
7 sentyabr 2022-ci il
58."Edtesk" MMC

"Enthouse" layihəsi

Kənd təsərrüfatı sahəsində elektron inteqral sxem və interfeys istehsalı
7 sentyabr 2022-ci il
59."Smartap" MMC
"Smartap" layihəsi
Satınalmalar üçün onlayn platforma
15 sentyabr 2022-ci il
60.Zeynalov İbrahim Aynur oğlu
“AZİR” layihəsi
Tikinti üçün 3D printerlərin istehsalı, istismarı və satışı
15 sentyabr 2022-ci il
61.Zeynalov Fərid Şakir oğlu
"ShiftCon" layihəsi
“ShiftCon” metaverse platforması üzərindən xidmətlər
15 sentyabr 2022-ci il
62.“Avto İnfo” MMC
“Avto İnfo” layihəsi
Azərbaycan ərazisində işlənmiş avtomobillərin tarixçəsinin yoxlanılması üçün informasiya sistemi (servis, sığorta və s.)
15 sentyabr 2022-ci il
63.“BOOST” MMC
“Boost” layihəsi
Onlayn platforma üzərindən “influenser marketinq” xidməti
15 sentyabr 2022-ci il
64.Hüseynov Əfqan Ehram oğlu
"MetaStudio" layihəsi
“MetaStudio” metaverse virtual oyunların hazırlanması və satışı
15 sentyabr 2022-ci il
65. “Selenium Co.” MMC
"Garderapp" layihəsi
“GarderApp” geyim və aksesuarların satışı üçün marketpleys
15 sentyabr 2022-ci il
66. Abaszadə Tərlan Səməd oğlu
"MeContest" layihəsi
“MeContest” sosial şəbəkə platforması
15 sentyabr 2022-ci il
67."İndi Market" MMC
"İndi" layihəsi
Mobil tətbiq üzərindən çatdırılma xidməti
15 sentyabr 2022-ci il
68."BİD TAXİ" MMC
"Bid Taxi" layihəsi
Taksi xidmətinin mobil tətbiq üzərindən təşkili
15 sentyabr 2022-ci il
69."Macrocode" MMC 
"Macrocode" layihəsi
Kodlaşdırmanı asanlaşdıran onlayn platforma 
13 oktyabr 2022-ci il
70.“Metaflix” MMC 
“Metaflix” layihəsi
Milli filmlərin onlayn nümayiş platforması  
13 oktyabr 2022-ci il
71."Monyo" MMC 
"Monyo" layihəsi
Restoranların məlumat bazası və elektron menyu xidməti
13 oktyabr 2022-ci il

72.“Krapp” MMC 
“Krapp” layihəsi
Kredit təşkilatları üçün kreditlərin verilməsi prosesini asanlaşdıran mobil tətbiq
13 oktyabr 2022-ci il


73.“Tutorlab” MMC 
“Tutorlab” layihəsi
Onlayn təhsil idarəetmə platforması 
13 oktyabr 2022-ci il

74.Yusibov Sərxan Tərxan oğlu 
"Asan Usta" layihəsi
Usta və servis xidmətləri üçün onlayn platforma
13 oktyabr 2022-ci il

75."VR Home" MMC
"VR Home" layihəsi
Virtual Reallıq (VR) əsasında onlayn platforma (marketpleys)
24 noyabr 2022-ci il
76."Probill" MMC
“ProBill” layihəsi
Daşınmaz əmlak və yaşayış komplekslərinin idarə edilməsi üçün onlayn platforma
24 noyabr 2022-ci il
77."Blokchain Academy" MMC
“Blokchain Academy" layihəsi
“Blokçeyn” texnologiyaları üzrə onlayn təlim
24 noyabr 2022-ci il
78.Əhmədzadə Eyvaz Rövşən oğlu
 “Elmly” layihəsi

Onlayn bilik yarışması24 noyabr 2022-ci il
79."Recepta" MMC
  "Recepta" layihəsi

Kassa çeklərinin rəqəmsallaşması üzrə platforma
23 dekabr 2022-ci il
80."Too Far Logistics" MMC 
 “Too Far Logistics” layihəsi

Sürətli kuryer xidməti üçün onlayn platforma
23 dekabr 2022-ci il
81. "İntelligent Services And Solutions Company" MMC 
 “İSS Co." layihəsi

Fasad yuma robotlarının istehsalı və satışı
23 dekabr 2022-ci il
82."Legalaid" MMC
"Legalaid" layihəsi
Hüquq məsləhət xidmətləri üçün mobil tətbiq
6 fevral 2023-cü il
83."AvtomatikaAz" MMC
“Aztruck” layihəsi
Ağır tonnajlı tərəzilər üçün proqram təminatı
6 fevral 2023-cü il
84."AKİAB" MMC
“AKİAB" layihəsi
Biznes üçün onlayn xidmətlər və kommunikasiya platforması

6 fevral 2023-cü il

85."Allrent" MMC
“Allrent” layihəsi
 Evlərin icarəsi üçün onlayn platforma

6 fevral 2023-cü il

86."İncode" MMC
“Toyda" layihəsi
Şənliklərin və toyların idarə edilməsi üçün onlayn platforma

6 fevral 2023-cü il


87."Blinki-Bİ” MMC
“Blink Business İntelligence” layihəsi
Müəssisə Resurslarının Planlaşdırılması (ERP) üzrə proqram təminatı
27 fevral 2023-cü il
88.“ND Opinions” MMC
"Autoreport" layihəsi
İkinci əl avtomobillər üçün məlumat bazası
27 fevral 2023-cü il
89.“Frisaga” MMC
"Frisaga" layihəsi
Turizm və səyahət sahəsində xidmətlər təklif edənlər üçün onlayn platforma
29 mart 2023-cü il
90."BlackOne" MMC
“Blackone” layihəsi
Məhsul və xidmətlər üçün onlayn platforma
29 mart 2023-cü il
91."BJ Technology" MMC
"BJ Technology" layihəsi
Laboratoriyada istifadə edilən “HPLC” kolonlarının istehsalı və satışı
29 mart 2023-cü il
92."Bağ Evim" MMC
"Bağ Evim" layihəsi 
Bağ evlərinin kirayəsi üzrə onlayn platforma
3 may 2023-cü il
93."Schoolplus" MMC

"Schoolplus" layihəsiOnlayn təhsil platforması
3 may 2023-cü il
94."Drakaris" MMC

"Yığım" layihəsi"YİGİM" ödəniş sistemi3 may 2023-cü il
95."Think” MMC
“Glame” layihəsi
Gözəllik xidməti və məhsulların satışı üçün onlayn marketpleys
5 sentyabr 2023-cü il
96."Hellojob" MMC"Hellojob" layihəsi

Onlayn iş elanları platforması5 sentyabr 2023-cü il
97.                                                "Allin.Us" MMC  

“Allinus” layihəsi 
Onlayn sorğu platforması 
5 sentyabr 2023-cü il
98.

"S2J İNC." Şirkətinin Azərbaycandakı Nümayəndəliyi 

“Rentbutik” layihəsi
Avtomobil paylaşılması üçün (icazə) mobil tətbiq5 sentyabr 2023-cü il
99."Mərtəbələr" MMC
“Mərtəbələr” layihəsi
Daşınmaz əmlak alqı-satqısının asanlaşdırılması üçün elektron platforma
5 sentyabr 2023-cü il
100.Qədirov Ramil Qurban oğlu
“Smart Safe” layihəsi
 Saxlama seyflərinin avtomatik idarə edilməsi üçün aparat -proqram kompleksi
5 sentyabr 2023-cü il
101.“Hirpo” MMC
"Hirpo" layihəsi
İşçilərin xidməti fəaliyyətinin ölçülməsi və idarə edilməsi platforması
5 sentyabr 2023-cü il
102.“Flash Expo” MMC
“Flash Expo” layihəsi
Sərgi və yarmarkalarda iştirakın məsafədən təşkili üçün onlayn platforma
5 sentyabr 2023-cü il
103."All Fitness" MMC
“Allfit” layihəsi
Fitness klublara abunəlik və dəqiqə hesabı qoşulmaq üçün platforma
5 sentyabr 2023-cü il
104."Telsat" MMC"Telsat" layihəsiMobil telefonların satışı üzrə onlayn platforma5 sentyabr 2023-cü il
105."Metatesk" MMC
"Metatesk" layihəsi
Onlayn təhsil platforması
5 sentyabr 2023-cü il
106.“Kipias” MMC
"İgogo" layihəsi
Təmir etmək istəyən ev sahibləri və podratçılar üçün onlayn platforma
12 oktyabr 2023-cü il
107."Parqour" MMC
“Parqour” layihəsi
Parkinq üçün proqram təminatı
12 oktyabr 2023-cü il
108.Əkbərov Ramin Yaqub oğlu
 “Bucard” layihəsi
Rəqəmsal biznes şəbəkəsi platforması
12 oktyabr 2023-cü il
109."Baku Carsharing Company” MMC
“Kite Eco” layihəsi
Avtomobillərin icarəsi üçün proqram təminatı
12 oktyabr 2023-cü il
110.“Yeni Zeon” MMC
“New Zeon” layihəsi
Rəqəmsal ekosistem xidmətləri
12 oktyabr 2023-cü il
111.“Bonpara” MMC
"Bonpara" layihəsi
Maddi dəstək və abunə haqlarının (ödənişlərin) toplanılması funksiyalı e-ticarət platforması
16 noyabr 2023-cü il
112.“Vvegros Azerbaijan" MMC
“Wegros” layihəsi
İcma əsaslı onlayn alış-veriş platforması
16 noyabr 2023-cü il
113."Smartpost” MMC
“Kargomat” layihəsi
Ağıllı poçt qutularının istehsalı və istismarı
16 noyabr 2023-cü il

114.İbrahimli Davud Zülfüqar oğlu
“Burdanal” layihəsi
Onlayn mağaza (marketpleys)
16 noyabr 2023-cü il

115."Hellind Enerji" MMC
“Hellind Enerji” layihəsi
Telemetrik və enerji sistemləri üçün data loqer cihazının istehsalı və satışı
16 noyabr 2023-cü il

116.Sultanov Malik Hətəm oğlu
“Agroficient” layihəsi
Kənd təsərrüfatı üçün torpaqda nəm tutucu materialın (hidroqel) istehsalı və satışı
16 noyabr 2023-cü il

117.“Snackpack” MMC
“Snackpack” layihəsi
“Axşam Bazarı” endirimli yemək təklifi üçün mobil tətbiq
16 noyabr 2023-cü il

118.“Puzzle Tech" MMC
"Unisave" layihəsi
Tələbələr üçün endirim platforması
16 noyabr 2023-cü il

119."Qarabug" MMC
“Bug Bounty” layihəsi
Rəqəmsal infrastrukturun təhlükəsizlik testləri xidməti
27 noyabr 2023-cü il
120."UNİNTURKEY" MMC
"UNİNTURKEY" layihəsi
Universitetlərə qəbul üçün onlayn vasitəçi xidməti
27 noyabr 2023-cü il
121."Metprof" MMC"Metprof" layihəsiİnnovativ reduktorla təchiz edilmiş pambıq yükləyicilərinin istehsalı, qidalanma prosesini optimallaşdıran platforma və mobil tətbiq
20 dekabr 2023-cü il
122.“Alfa Hospitality” MMC
"Alpha N Hospitality" layihəsi
Qidalanma prosesini optimallaşdıran platforma və mobil tətbiq
20 dekabr 2023-cü il

123.“Trendbazar” MMC
"Trendbazar" layihəsi
Onlayn ticarət platforması (marketpleys)
20 dekabr 2023-cü il


124.“Cybersign” MMC
“Kibermaarifləndirmə" layihəsi
Kibertəhlükəsizlik sahəsində onlayn xidmətlər
22.01.2024-cü il

125.“Oneplusone” MMC
"Goal+" layihəsi
Həvəskar idmançılar üçün onlayn platforma
22.01.2024-cü il

126.“Food Lab” MMC
"Food Lab" layihəsi
Restoran idarəetmə platforması
22.01.2024-cü il

127.Novruzzadə Nigar Kamal qızı
“N’us Gallery” layihəsi
İncəsənət əsərlərinin satışı üçün onlayn platforma
22.01.2024-cü il

128.“İni.az” MMC
"CagroSoft" layihəsi
Logistika şirkətləri üçün ixtisaslaşmış proqram təminatı (SaaS)
22.01.2024-cü il


129.Əlizadə Şəmistan Fərman oğlu
“Dahi.az” layihəsi
Şagirdlər üçün oyun əsaslı onlayn təhsil platforması
22.01.2024-cü il

130.“Eattable” MMC
“Eattable” layihəsi
Onlayn restoran tövsiyə və rezervasiya platforması (mobil tətbiqi)
22.01.2024-cü il


131."Vvonder Voyage" MMC
“Wondvoy" layihəsi

Otel və avtomobil rezervasiya platforması  


29.02.2024-cü il
132.“KidFi” MMC
“Kidfi” layihəsi
Maliyyə savadlılığını və hesablama bacarıqlarını artıran onlayn platforma və mobil tətbiq
29.02.2024-cü il
133.“CM Elec Troniq” MMC
"Sculptor" layihəsi
Ultrasəs terapevtik arıqlama cihazının istehsalı
29.02.2024-cü il
134.“4YOUKİD” MMC
"4You" layihəsi
Psixoloji xidmətlər üçün onlayn platforma
29.02.2024-cü il
135.Qədirov Ramil Qurban oğlu

“PSM-4” layihəsi


Ətraf mühitin parametrlərinin qeydə alınması üçün nəzarət-ölçü cihazının istehsalı
29.02.2024-cü il


Powered by Froala Editor