
"Azərbaycan" qəzetində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətinə dair geniş məqalə dərc olunub.
Məqalədə 2019-cu ilin yanvar-iyun ayları ərzində KOBİA tərəfindən görülmüş işlər, sahibkarlara göstərilən xidmətlər və dəstək tədbirləri, yeni dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Yazıda "KOB Dostu", "KOB evi", "E-KOB evi" mexanizmləri, eləcə də KOB-ların məlumatlandırılması istiqamətində görülən tədbirlər, sahibkarların sərgilərdə iştirakına göstərilən dəstək, menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı barədə məlumatlar öz əksini tapıb.
Məqalə ilə daha ətraflı bu linkdən tanış olmaq olar: http://www.azerbaijan-news.az/view-172675/kicik-sa...
Powered by Froala Editor