We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Three More SMEs Awarded “Startup” Certificates Public discussion is organized due to green transport business Opportunities for entrepreneurial activities in regions : SME Friends, SME Development Agencies The Promotional Exhibition of Local Companies is Commencing Meeting was held with Entreprenuers engaed in import and export 8th Plenary Session of the CICA Business Council and the 10th Business Forum Held in Baku Attention to SMEs Wishing to Showcase Their Products and Services at the “2nd Turkic Trade Fair”! Young Entrepreneurs from Azerbaijan and Turkiye Discuss Prospects for Cooperation With Government Support, Nearly 10 Entrepreneurs Participate in “Caspian Agro” and “InterFood Azerbaijan” Exhibitions Another Training Held for Entrepreneurs Engaged in Export Activities
Beynəlxalq Startap Yarışmasına qatılmaq üçün son gün 07.09.20
Beynəlxalq Startap Yarışmasına qatılmaq üçün son gün

Yerli startapların İslam İnkişaf Bankı Qrupunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Startap Yarışmasının milli seçim turuna müraciət etməsi üçün 7 sentyabr 2020-ci il tarixi sonuncu gündür.

Beynəlxalq Startap Yarışmasının Azərbaycan üzrə milli seçim turunun rəsmi tərəfdaşı olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) diqqətə çatdırır ki, yarışmanın tələblərinə cavab verən startaplar https://www.aimcongress.com/roadshow/Profile/Register keçidinə daxil olmaqla qeydiyyatdan keçməlidir.

Məlumat üçün qeyd edək ki, yarışmanın milli seçim turunda Azərbaycandan mobil tətbiqlər, ağıllı cihazlar, onlayn xidmətlər və digər istiqamətlərdə 14 startapın iştirakı artıq təsdiq edilib.

Qeyd edək ki, milli seçim turuna startaplar sosial inkişaf, innovasiyalardan daha yaxşı istifadə, iqlim və ətraf mühitə təsir, məxfilik və məlumatların qorunması və startapın inkişafı kateqoriyaları üzrə qatıla bilərlər. Yarışda iştirak üçün tələblər işçilərinin və komanda üzvlərinin sayının 20-yə qədər olması, müvafiq kateqoriyalara uyğunluq, startapın minimum prototipinin və ya ideya/layihənin işlək modelinin (software, app, web service) və mövcud istifadəçilərinin olmasıdır. Milli və beynəlxalq yarışlarda iştirak etmiş startaplara üstünlük verilir.

Sentyabrın 10-da keçiriləcək onlayn tədbirdə yerli startaplar KOBİA, İslam İnkişaf Bankı və İllik İnvestisiya Toplantısının təşkilat komitəsinin üzvlərindən ibarət Münsiflər Heyəti qarşısında layihələrinin təqdimatını edəcək və həmin gün milli turun qalibi elan olunacaq. Qalib startap Azərbaycanı 29 oktyabr 2020-ci il tarixində Dubayda keçiriləcək Beynəlxalq Startap Yarışmasında təmsil edəcək. Beynəlxalq Startap Yarışmasında 5 qalib seçiləcək və onların hər birinə 10 min ABŞ dolları məbləğində mükafat veriləcək. Həmçinin, İslam İnkişaf Bankı tərəfindən qalib startapların gələcək inkişafına maliyyə dəstəyi göstərilə bilər.

Powered by Froala Editor