We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Dövlət dəstəyi ilə KOB subyektlərinin məhsul və xidmətləri “Caspian Agro Week”də nümayiş olunur 05.05.26
Dövlət dəstəyi ilə KOB subyektlərinin məhsul və xidmətləri “Caspian Agro Week”də nümayiş olunur

KOB-ların satış imkanlarını artırmaq və bazarlara çıxışını genişləndirmək üçün KOBİA tərəfindən xüsusi stend qurulub.

Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu (“Caspian Agro Week”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) Sərgisi keçirilir. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazarlara çıxışını genişləndirmək, satış imkanlarını artırmaq, məhsul və xidmətlərinin tanıdılmasına dəstək məqsədilə Agentlik bu il də sərgidə xüsusi stendlə təmsil olunur. KOBİA-nın stendində KOB-lar tərəfindən istehsal olunmuş qənnadı məmulatları, şokolad, ət məhsulları, bal, zəfəran, pendir kimi məhsullar və xidmətlər nümayiş olunur. Ümumilikdə Agentliyin stendində 10-a yaxın KOB subyekti dövlət dəstəyi hesabına məhsul və xidmətlərini sərgiləyir. Həmçinin stenddə KOB subyektlərinə yeni biznes əlaqələri qurması və işgüzar görüşlər keçirməsi üçün lazımi şərait yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanışlıq çərçivəsində KOBİA-nın stendində də olublar. 

Qeyd edək ki, “Caspian Agro Week” və “İnterFood Azerbaijan” sərgiləri 8 may tarixinədək davam edəcək. 

Powered by Froala Editor