We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Three More SMEs Awarded “Startup” Certificates Public discussion is organized due to green transport business Opportunities for entrepreneurial activities in regions : SME Friends, SME Development Agencies The Promotional Exhibition of Local Companies is Commencing Meeting was held with Entreprenuers engaed in import and export 8th Plenary Session of the CICA Business Council and the 10th Business Forum Held in Baku Attention to SMEs Wishing to Showcase Their Products and Services at the “2nd Turkic Trade Fair”! Young Entrepreneurs from Azerbaijan and Turkiye Discuss Prospects for Cooperation With Government Support, Nearly 10 Entrepreneurs Participate in “Caspian Agro” and “InterFood Azerbaijan” Exhibitions Another Training Held for Entrepreneurs Engaged in Export Activities
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi memorandum imzalayıb 15.11.18
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi memorandum imzalayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, memorandumu nazir Sahil Babayev və Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

Tədbirdə S.Babayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlar ölkədə iqtisadiyyatın inkişafı ilə yanaşı, əhalinin rifah halının yüksəlməsinə səbəb olub. Dövlət başçısının kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması baxımdan mühüm əhəmiyyət daşımaqla bərabər, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının göstəricisidir. Nazir həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunduğunu, bu sektorun potensial imkanlarının genişləndiyini, yeni istehsal sahələrinin yaradıldığını, yerli istehsal hesabına idxalı əvəz edən məhsulların həcminin yüksəldiyini, sahibkarlıq subyektlərinin sayının 4 dəfədən çox artığını, özəl sektorun məşğulluqda payının 75 faizi keçdiyini vurğulayıb.

Nazir ölkə başçısının tapşırıqlarına uyğun olaraq ƏƏSMN tərəfindən icra olunan özünüməşğulluq proqramının kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə ilin sonuna kimi yeddi min ailə özünüməşğulluq proqramı çərçivəsində ailə biznesini quracaq.

S.Babayev qeyd edib ki, ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında imzalanan memorandum qurumların göstərdiyi dövlət xidmətlərinin təşkili, informasiya-kommunikasiya texnologiyaları və innovasiyaların imkanlarından istifadə etməklə xidmət keyfiyyətinin yaxşılaşdırılması, sahibkarların həmin xidmətlərə dair maarifləndirilməsi, sahibkar məmnunluğunun artırılması, özünüməşğulluq proqramına cəlb edilmiş ünvanlı dövlət sosial yardımı alan şəxslərin, əlillliyi olan şəxslərin, bir ildən artıq işsiz kimi qeydiyyatda olanların, pensiya yaşına iki ildən az qalmış şəxslərin, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərin kiçik biznesinin inkişafına dəstək, Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı Operativ Sosial Təminat) Agentliyi ilə əməkdaşlığın qurulması, əmək bazarınadək olan prosesdə könüllülük fəaliyyətinin təşviq edilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlığı tənzimləyir.

O.Məmmədov deyib ki, imzalanacaq memorandum məşğulluğun təmini səviyyəsinin yüksəldilməsi məqsədlərinin səmərəli reallaşdırılması və əlaqələndirilməsi baxımından inkişaf çagırışlarına cavab verən yeni əməkdaşlıq istiqamətlərini və formalarını müəyyən edir. O bildirib ki, kiçik bizneslərin yaradılmasının təşviqi yolu ilə özünüməşgulluq, əhalinin sosial həssas qruplarının məşğulluğunun təmini, sosial və iqtisadi məqsədlərin qarşılıqlı əlaqədə reallaşmasına imkan verən müasir biznes modellərinin tətbiqinə dair geniş əməkdaşlıq platforması mövcuddur. İmzalanacaq memorandum göstərilən istiqamətlərdə birgə səylər üçün bu platformanı inkişaf etdirəcək.

O.Məmmədov ƏƏSMN tərəfindən yaradılmaqda olan DOST Agentliyi tərəfindən formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostları şəbəkəsi kimi yeni institutlar arasında səmərəli əməkdaşlığın birgə məqsədlərin reallaşdırılması üçün geniş imkanlar yaradacağını deyib.

ƏƏSMN və Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyi arasında imzalanan memorandum çərçivəsində 30-dək fəaliyyətin birgə təşkili və həyata keçirilməsi üzrə əməkdaşlıq barədə razılığa gəlinib. Bunlar özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün kiçik biznesin yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsində birgə fəaliyyət, kiçik və orta biznesə dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviqi, KOB könüllüləri ilə DOST könüllülərinin birgə əməkdaşlıq platformasının hazırlanması, KOB və DOST könüllülərinin əmək bazarının tələblərinə uyğun hazır mütəxəssis kimi formalaşması istiqamətində bölgünün aparılması, o cümlədən müxtəlif ixtisaslaşdırılmış sahələr üzrə birgə “Yay və Qış məktəbləri”nin təşkili, həssas əhali qruplarının məşğulluqda xüsusi çəkisinin artırılması istiqamətində tədbirlərin görülməsi, birgə əmək yarmarkalarının təşkil edilməsi və digər sahələr üzrə əməkdaşlıq istiqamətlərini əhatə edir

Powered by Froala Editor