We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib 07.05.26
KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ərazi partiya təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə KOBİA-nın və YAP-ın Nərimanov rayon təşkilatının nümayəndələri “Bakı KOB evi”ndə Ümummilli Liderin büstü önünə gül dəstələri qoyublar. 

Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. 

Tədbirdə millət vəkilləri Samir Vəliyev və Vüqar İskəndərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında xidmətlərindən, ölkəmizin sosial-iqtisadi inkişafı üçün gördüyü genişmiqyaslı tədbirlərdən danışıblar. 

Tədbir çərçivəsində partiya işində fəal iştirakına görə YAP Nərimanov rayon təşkilatı tərəfindən KOBİA-nın bir qrup əməkdaşına fəxri fərmanlar və təşəkkürnamələr təqdim edilib, həmçinin partiya sıralarına qəbul olunmaq istəyən Agentlik əməkdaşlarının ərizələri qəbul olunub. 

Powered by Froala Editor