KOBİA Dövlət Özəl Tərəfdaşlığı Forumunda təmsil olunub
05.03.19

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş İslam İnkişaf Bankı Qrupunun 2-ci Dövlət Özəl Tərəfdaşlığı Forumunda təmsil olunub.
Bankın üzv ölkələrinin bu sahədə fəaliyyət göstərən dövlət və özəl qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə Dövlət Özəl Tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrin önəmi vurğulanıb, bu sahədə qabaqcıl texnologiyalar və trendlər müzakirə edilib.
Powered by Froala Editor