
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək məqsədilə təşkil olunmuş “Gənclər üçün əmək yarmarkası – 2019”da təmsil olunur.
Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə keçirilən əmək yarmarkasında ali məktəblərdə təhsil alan gənclər, magistr və məzunlar təklif olunan müxtəlif iş yerlərinə və təcrübə proqramlarına müraciət ediblər.
KOBİA-nın İnsan kapitalının idarəedilməsi departamentinin əməkdaşları tərəfindən Agentlikdə karyera imkanları, işə qəbul, təcrübə və könüllülük proqramları barədə tələbə, magistr və məzunlara geniş məlumat verilib.
Powered by Froala Editor