Meksika məhsullarının ixrac imkanlarına dair onlayn tədbir keçiriləcək
05.11.20

25 noyabr 2020-ci il tarixində Meksika Birləşmiş Ştatlarının Çiapas Ştatının müxtəlif məhsullarının ixrac imkanlarına dair “Üçüncü virtual ticarət görüşü” keçiriləcək.
Onlayn formatda təşkil olunacaq tədbirdə Çiapas Ştatının müxtəlif məhsullarına, o cümlədən tropik meyvə-tərəvəz məhsullarına dair təqdimatlar keçiriləcək, ixracına dair əməkdaşlıq imkanları müzakirə ediləcəkdir.
Tədbirdə iştirak etmək və ətraflı məlumat əldə etmək istəyən yerli sahibkarlar aaura@sre.gob.mx, mfernandezb@sre.gob.mx, consularaze@sre.gob.mx elektron poçt ünvanlarına və ya (+994 12) 310 35 30 telefon nömrəsinə müraciət edə bilərlər.
Powered by Froala Editor