We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! 08.05.26
Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə!

Neft-qaz sənayesinin təchizat zəncirində KOB-ların iştirak imkanlarının genişləndirilməsi məqsədilə KOBİA “Caspian Oil and Gas” sərgisində xüsusi stend təşkil edəcək. 

 

1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas) keçiriləcək. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək. 


Kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu il də sərgidə KOB-ların iştirakı üçün stend quracaq. Sözügedən stenddə ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lar mayın 25-dək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər (https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek). Müraciət formasında “İştirak etmək istədiyiniz tədbir” bölməsində “Caspian Oil and Gas 2026” qeyd olunmalıdır.


KOB subyektlərinin sərgidə iştirakı onların neft-qaz və energetika sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərlə birbaşa əlaqələr qurmasına, məhsul və xidmətlərinin geniş auditoriyaya tanıdılmasına, potensial təchizatçı kimi fəaliyyət imkanlarının genişləndirilməsinə, eləcə də yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları əldə etməsinə şərait yaradacaq. Neft-qaz və energetika sahəsində fəaliyyət göstərən və ya bu sektora məhsul və xidmət təqdim etmək potensialına malik KOB subyektləri sərgidə iştirak imkanından yararlanmağa dəvət olunur.



Powered by Froala Editor