We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Three More SMEs Awarded “Startup” Certificates Public discussion is organized due to green transport business Opportunities for entrepreneurial activities in regions : SME Friends, SME Development Agencies The Promotional Exhibition of Local Companies is Commencing Meeting was held with Entreprenuers engaed in import and export 8th Plenary Session of the CICA Business Council and the 10th Business Forum Held in Baku Attention to SMEs Wishing to Showcase Their Products and Services at the “2nd Turkic Trade Fair”! Young Entrepreneurs from Azerbaijan and Turkiye Discuss Prospects for Cooperation With Government Support, Nearly 10 Entrepreneurs Participate in “Caspian Agro” and “InterFood Azerbaijan” Exhibitions Another Training Held for Entrepreneurs Engaged in Export Activities
Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub 10.02.25
Qiymətli kağızlar bazarının inkişafı və bu sahədə KOB-lar üçün imkanlara dair ictimai müzakirə təşkil olunub

Tədbirdə kapital bazarının inkişafına və KOB-ların alternativ maliyyə mənbələrinə çıxışına dair fikir mübadiləsi aparılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə 2025-ci il üzrə ilk ictimai müzakirə “Kapital bazarının inkişafı: mövcud imkanlar və perspektivlər” mövzusuna həsr olunub. 

KOBİA, Bakı Fond Birjası (BFB) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirin məqsədi müvafiq sahədə dövlət siyasəti, qanunvericilik bazası, maliyyə alətləri, tənzimləmə mexanizmləri, eləcə də müvafiq sahədə KOB-lar üçün imkanları müzakirə etmək olub. İctimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sahibkarlar və kapital bazarının iştirakçıları iştirak ediblər.  

Tədbirdə KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev, BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın prezidenti Məmməd Musayev qiymətli kağızlar bazarının mövcud vəziyyəti və sektorun gələcək perspektivləri, bu sahədə KOB subyektləri üçün imkanlar, maliyyə savadlılığının təşviqi barədə məlumat veriblər. Qeyd olunub ki, KOB-ların inkişafı və dayanıqlılığının təmin edilməsində kapital bazarı əhəmiyyətlidir. Bank kreditləri və daxili maliyyə resursları ilə yanaşı, KOB-lar alternativ maliyyə mənbələrinə çıxış əldə etməklə daha sürətli böyüyə və uzunmüddətli dayanıqlılıq qazana bilərlər. Kapital bazarları KOB-lara stabil və uzunmüddətli maliyyələşmə, şəffaflıq, korporativ idarəetmənin təkmilləşdirilməsi və beynəlxalq bazarlara çıxış imkanı təqdim etməklə iqtisadiyyatda daha güclü mövqe tutmasına şərait yaradır. İnkişaf etmiş kapital bazarları KOB-ların bank kreditlərindən asılılığını azalda, səhmlər və istiqrazlar buraxmaq imkanı qazanaraq, birbaşa investorlar vasitəsilə vəsait cəlb edə bilirlər. Bu isə KOB-ların maliyyə mənbələrini şaxələndirməsinə, daha uzunmüddətli və səmərəli maliyyələşmə imkanları əldə etməsinə şərait yaradır. KOB-lar ilə yanaşı, bu əməkdaşlıqdan kapital bazarları da faydalana bilər. Bu sahədə Bakı Fond Birjasının təşəbbüs və proqramları KOB-lar üçün yeni imkanlar yaradır.

Tədbir çərçivəsində Bakı Fond Birjası tərəfindən qiymətli kağızlar bazarı sahəsində mövcud vəziyyət, çətinliklər, bu sahənin inkişafı üçün görülən işlər və qarşıda duran hədəflər haqqında təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. 



Powered by Froala Editor