We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Sahibkarlar müqavilə bağlayarkən nəyə diqqət etməlidir? 06.05.26
Sahibkarlar müqavilə bağlayarkən nəyə diqqət etməlidir?

Müqavilə sahibkarın və biznes fəaliyyətinin hüquqi qorunması baxımından mühüm sənəddir. Buna görə də müqavilə yazılı, dəqiq və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə tərtib edilməlidir. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, ödəniş qaydaları, icra şərtləri və məsuliyyət məsələləri aydın şəkildə əks olunmalıdır. Bununla yanaşı, müqavilədə onun müddəti, xitam verilməsi şərtləri, mübahisələrin həlli mexanizmi, eləcə də dəyişiklik və əlavələrin edilməsi qaydası göstərilməlidir. Zərurət olduqda məxfilik, intellektual mülkiyyət hüquqları, fors-major halları, cərimə və sanksiyalar, həmçinin tətbiq olunan hüquq və tərəflərin rekvizitləri də müqavilədə qeyd edilməlidir. Bu məqamlar sahibkarın hüquqi və maliyyə risklərini azaltmağa kömək edir.




Powered by Froala Editor