We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Three More SMEs Awarded “Startup” Certificates Public discussion is organized due to green transport business Opportunities for entrepreneurial activities in regions : SME Friends, SME Development Agencies The Promotional Exhibition of Local Companies is Commencing Meeting was held with Entreprenuers engaed in import and export 8th Plenary Session of the CICA Business Council and the 10th Business Forum Held in Baku Attention to SMEs Wishing to Showcase Their Products and Services at the “2nd Turkic Trade Fair”! Young Entrepreneurs from Azerbaijan and Turkiye Discuss Prospects for Cooperation With Government Support, Nearly 10 Entrepreneurs Participate in “Caspian Agro” and “InterFood Azerbaijan” Exhibitions Another Training Held for Entrepreneurs Engaged in Export Activities
Sahibkarlar üçün “KOB növbə” mobil tətbiqi istifadəyə verildi 11.12.20
Sahibkarlar üçün “KOB növbə” mobil tətbiqi istifadəyə verildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) geniş rəqəmsal transformasiya proqramına start verib. Yeni elektron xidmətlərin istifadəyə verilməsi ilə KOBİA sahibkarlarla daha operativ təmasda olacaq, xidmətlərin keyfiyyəti yaxşılaşacaq, elektronlaşdırılması və əhatə dairəsi genişləndiriləcəkdir.

Rəqəmsal transformasiya proqramı çərçivəsində KOB evlərinin xidmətlərindən istifadə etmək istəyən sahibkarlar üçün onlayn növbə imkanı yaradılıb. Sahibkarlar “KOB növbə” tətbiqini “Android” əməliyyat sistemləri ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər (“GooglePlay”). Tətbiqi yükləmiş istifadəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər. Sahibkarlar mobil tətbiq vasitəsi ilə KOB evlərinə getmədən onlayn növbə götürməklə yanaşı, növbə sayı və növbənin bitmə vaxtı ilə tanış ola, müvafiq KOB evini seçə, müraciətdən imtina edə və ya daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər.

Mobil tətbiqin yaradılmasında məqsəd KOB evlərinə müraciət edən sahibkarlar üçün operativ xidmətin təmin edilməsi və əlavə vaxt itkisinə yol verməməkdir. “KOB növbə” tətbiqi həmçinin, pandemiya dövründə KOB evlərinə müraciət edəcək sahibkarların növbə sıxlığının aradan qaldırılması, insanlar arasında təmasın minimuma endirilməsinə imkan verəcəkdir.

Yaxın günlərdə “İOS” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən də “KOB növbə” tətbiqini yükləmək (“AppStore”) mümkün olacaq, eləcə də mobil tətbiqin imkanları və əhatə dairəsi genişləndiriləcək


Powered by Froala Editor