We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Three More SMEs Awarded “Startup” Certificates Public discussion is organized due to green transport business Opportunities for entrepreneurial activities in regions : SME Friends, SME Development Agencies The Promotional Exhibition of Local Companies is Commencing Meeting was held with Entreprenuers engaed in import and export 8th Plenary Session of the CICA Business Council and the 10th Business Forum Held in Baku Attention to SMEs Wishing to Showcase Their Products and Services at the “2nd Turkic Trade Fair”! Young Entrepreneurs from Azerbaijan and Turkiye Discuss Prospects for Cooperation With Government Support, Nearly 10 Entrepreneurs Participate in “Caspian Agro” and “InterFood Azerbaijan” Exhibitions Another Training Held for Entrepreneurs Engaged in Export Activities
Sahibkarların nəzərinə! 27.08.20
Sahibkarların nəzərinə!

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixli Fərmanına uyğun olaraq, 1 yanvar 2020-ci il tarixindən Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxan ixtisaslaşdırılmış kommersiya məhkəmələri fəaliyyətə başlayıb. Qeyd edilən məhkəmələrin yaradılmasında məqsəd sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrdə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli va səmərəli həllinin təmin edilməsidir.

Həmçinin, məhkəmədə iddia qaldırmaq istəyən, ona qarşı iddia qaldırılmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron kabinet aça bilərlər.

“Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron kabinetin yaradılması sahibkara ona qarşı məhkəmədə qaldırılmış iddia barədə məlumatlı olmaq, ərizə və ona əlavə edilmiş sənədlərlə tanış olmaq, məhkəmə iclaslarının yeri və vaxtı barədə, həmçinin hüquq və vəzifələri ilə bağlı ətraflı məlumat almaq, elektron kabinet vasitəsilə məhkəməyə müraciət göndərmək, məhkəmə qərarlarını əldə etmək, bir sözlə bütün məhkəmə prosesini izləmək, harada (xaricdə və ya ölkə ərazisində) olmasından asılı olmayaraq etiraz, vəsatət, şikayət (apelyasiya şikayəti) vermək imkanı yaradır.

Sahibkarlar aşağıda qeyd edilmiş internet səhifələrinə daxil olmaqla “Elektron Məhkəmə İnformasiya Sistemi” barədə ətrfalı məlumat əldə edə və öz elektron kabinetlərini yarada bilərlər:

Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalı - https://courts.gov.az/az/

Məhkəmə-Hüquq Şurasının internet səhifəsi - http://www.judicialcouncil.gov.az/

Azərbaycan Respublikası Ali Məhkəməsinin saytı - http://www.supremecourt.gov.az/

Həmçinin, sahibkarlar “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron kabinetin yaradılması zamanı dəstəyə ehtiyac olarsa KOBİA-nın KOB dostlarına müraciət edə bilərlər (https://bit.ly/3l7Ymej).

Powered by Froala Editor