We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Ukrayna - Azərbaycan Biznes Şurası çərçivəsində dəyirmi masa keçirilib 07.05.26
Ukrayna - Azərbaycan Biznes Şurası çərçivəsində dəyirmi masa keçirilib

Azərbaycan və Ukrayna iş adamlarının iştirakı ilə keçirimiş tədbirdə şirkətlər tərəfindən təqdimatlar keçirilib, qarşılıqlı maraq doğuran sahələr üzrə müzakirələr aparılıb. 

 

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ukrayna - Azərbaycan Biznes Şurası çərçivəsində dəyirmi masa təşkil olunub. Hibrid formatda keçirilən tədbirdə Azərbaycan və Ukrayna işgüzar dairələri arasında əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran sahələr və “B2B” əlaqələrin inkişafı müzakirə olunub.


Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Ukrayna Ticarət və Sənaye Palatası Şurasının üzvü, Beynəlxalq əməkdaşlıq direktoratının direktoru Anna Liubyma, AZPROMO-nun icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva, Ukrayna-Azərbaycan Biznes Şurasının Azərbaycan tərəfindən həmsədri Şahin Yusifov və Ukrayna tərəfindən sədr müavini Cəlal Hüseynov çıxış ediblər. Çıxışlarda Azərbaycan və Ukrayna sahibkarları arasında birbaşa əlaqələrin qurulmasının, ticarət və investisiya sahəsində yeni imkanların dəyərləndirilməsinin, həmçinin praktik nəticələrə yönəlmiş biznes əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, “Bakı KOB evi”ndə xarici nümayəndə heyətləri ilə yerli sahibkarlar arasında belə görüşlərin təşkili artıq ənənəyə çevrilib və bu format sahibkarlar üçün bazar imkanlarını öyrənmək, tərəfdaşlar tapmaq və konkret əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək baxımından faydalı platformadır.


Dəyirmi masada qida sənayesi, logistika və yükdaşımalar, kənd təsərrüfatı, turizm, inşaat və s. kimi sahələr üzrə şirkətlər iştirak ediblər.


Tədbir çərçivəsində Azərbaycan və Ukrayna şirkətlərinin təqdimatları dinlənilib, qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb, “B2B” görüşlər keçirilib. 

Powered by Froala Editor