We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Ümummilli Liderə həsr edilmiş intellektual oyun keçirilib 12.05.26
Ümummilli Liderə həsr edilmiş intellektual oyun keçirilib

İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. 

Tədbir dövlət himninin səsləndirilməsi və Ümummilli Liderin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

İntellektual oyunda 23 komanda iştirak edib. 3 mərhələdən ibarət yarışda iştirakçılar müxtəlif mövzularda suallara cavab tapmağa çalışıblar. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) komandası yarışda 3-cü yerə layiq görülüb. 

Yekunda qalib komandalara mükafat və sertifikatlar təqdim olunub. 

İntellektual oyunun təşkilində məqsəd Ulu Öndərin zəngin dövlətçilik irsinin və idarəçilik fəlsəfəsinin gənc nəsil arasında təşviqi, əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsi, onların bilik, dünyagörüşü və məntiqi düşüncə bacarıqlarının artırılmasıdır. 

Powered by Froala Editor