We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Three More SMEs Awarded “Startup” Certificates Public discussion is organized due to green transport business Opportunities for entrepreneurial activities in regions : SME Friends, SME Development Agencies The Promotional Exhibition of Local Companies is Commencing Meeting was held with Entreprenuers engaed in import and export 8th Plenary Session of the CICA Business Council and the 10th Business Forum Held in Baku Attention to SMEs Wishing to Showcase Their Products and Services at the “2nd Turkic Trade Fair”! Young Entrepreneurs from Azerbaijan and Turkiye Discuss Prospects for Cooperation With Government Support, Nearly 10 Entrepreneurs Participate in “Caspian Agro” and “InterFood Azerbaijan” Exhibitions Another Training Held for Entrepreneurs Engaged in Export Activities
Yeni yem emalı müəssisələri fəaliyyətə başlayıb 18.03.19
Yeni yem emalı müəssisələri fəaliyyətə başlayıb

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində daha bir yem emalı müəssisəsi Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində fəaliyyətə başlayıb.

Yem emalı müəssisəsinin istifadəyə verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vəABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin layihə meneceri Pərviz Musayev regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrasının, o cümlədən Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində yem emalı müəssisəsinin istifadəyə verilməsinin bölgədə aqrar sektorun inkişafı, heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətin genişləndirilməsi, yemə olan tələbatın ödənilməsi və məşğulluğun artırılmasında əhəmiyyətli olduğunu qeyd ediblər.

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində həmin gün Bərdə rayonunun Yeni Daşkənd kəndində də yem emalı müəssisəsi istifadəyə verilib. Bu, sayca 22-ci yem emalı müəssisəsidir.

Müəssisələrdə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Powered by Froala Editor