We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Three More SMEs Awarded “Startup” Certificates Public discussion is organized due to green transport business Opportunities for entrepreneurial activities in regions : SME Friends, SME Development Agencies The Promotional Exhibition of Local Companies is Commencing Meeting was held with Entreprenuers engaed in import and export 8th Plenary Session of the CICA Business Council and the 10th Business Forum Held in Baku Attention to SMEs Wishing to Showcase Their Products and Services at the “2nd Turkic Trade Fair”! Young Entrepreneurs from Azerbaijan and Turkiye Discuss Prospects for Cooperation With Government Support, Nearly 10 Entrepreneurs Participate in “Caspian Agro” and “InterFood Azerbaijan” Exhibitions Another Training Held for Entrepreneurs Engaged in Export Activities
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə AMOR arasında memorandum imzalanıb 19.11.18
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə AMOR arasında memorandum imzalanıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (AMOR) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

“Report” xəbər verir ki, sənədi KOB İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və AMOR-un sədr müavini Emin Hacıyev imzalayıb.

KOB İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan və onun rəhbərlik etdiyi bu təşkilat Rusiya ilə əlaqələrin möhkəmləndirilməsinə töhfə verməkdədir: “Bu baxımdan, AMOR-un aktiv və nəzərəçarpan fəaliyyəti Agentliklə səmərəli, birgə əməkdaşlıq imkanlarını ortaya qoyur. Agentlik öz fəaliyyətini dövlət qurumları ilə yanaşı, ictimai qurumlarla da sıx əməkdaşlıq şəraitində həyata keçirir”.

O qeyd edib ki, gənc sahibkarlığın inkişafı, gənclərin bu istiqamətdə təşviq mexanizmlərinin yaradılması fəaliyyət prioritetləri arasındadır: “Bu gün imzalanan memorandum ictimai müstəvidə gənc sahibkarların inkişafı istiqamətində bir sıra təşəbbüslərin reallaşdırılmasını nəzərdə tutur. Belə ki, gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, bu məqsədlə onlar arasında iki ölkənin biznes mühitinə dair məlumatlandırma işinin təşkili, hər iki ölkədə yaşayan azərbaycanlı gənc mütəxəssislərin və tələbələrin təcrübə proqramlarının yaradılması və birgə koordinasiyası, qabaqcıl təcrübələrin mübadiləsi əməkdaşlıq istiqamətimiz sırasında olacaq. Əminik ki, bu memorandum çərçivəsində əməkdaşlıq, gənclərin hər iki ölkədə həyata keçirilən iqtisadi islahatların aktiv dəstəkləyici qüvvəsinə çevrilməsinə öz töhfəsini verəcək”.

AMOR-un sədr müavini Emin Hacıyev təşkilatın fəaliyyəti barədə məlumat verərək 2009-cu ildə yaradılmış AMOR-un Rusiya Federasiyasının 50-dən çox federal subyektində fəaliyyət göstərdiyini və ətrafında minlərlə azərbaycanlı gənci birləşdirdiyini qeyd edib. O bildirib ki, memorandum Rusiyada yaşayan azərbaycanlı gənclər üçün biznes sahəsi üzrə yeni imkanlar yaradacaq: “Bu gün Azərbaycanda şəffaflıq maksimal dərəcədə təmin olunur. Gənclərin ölkə biznesinin inkişafında iştirakı iqtisadiyyatı rəqabət qabiliyyətli edəcək”.

Powered by Froala Editor